Pleyeri seçin:
Rusiya aviasiyası Ukraynaya aviabomba ilə hücum etdi
Rusiya aviasiyası Zaporojyeyə bomba hücumu həyata keçirib.
Şəhərin Regional Hərbi İdarəsinin rəhbəri İvan Fyodorovun sözlərinə görə, Rusiya tərəfi idarə olunan aviabombalarla iki zərbə endirib. Onlardan biri avtovağzal binasına, digəri ilə Zaporojye Tibb Universitetinin klinikasına dəyib. Dağıntılar altında qalan insanları xilas etmək üçün əraziyə xüsusi texnika və canlı qüvvələr cəlb olunub. Hadisə nəticəsində 19 nəfər yaralanıb.
Ukrayna isə Rusiyanın neft emalı zavoduna hücum edib. Məlumata görə, müəssisə Rusiya ərazisinin dərinliklərində, Ukrayna sərhədindən iki min kilometrdən çox məsafədə yerləşir. Zərər çəkmiş obyekt Rusiya ordusunu yanacaq-sürtkü materialları ilə təmin edirdi.
Kopyalandı
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Rusiya vilayətlərinə dron hücumu | Müharibədə kritik vəziyyət - Baku TV CANLI
- Zelenski sülh təklifinin rədd ediləcəyi təqdirdə ABŞ-dən gözləntisini açıqlayıb
- Rusiyada saxlanılan ukraynalı əsirlərə humanitar yardım göstərilib
- Almaniya və Britaniyanın Ukraynaya hərbi dəstəyi davam edir
- Zelenski Mayamidəki görüşdə iştirak etməyəcəyini açıqlayıb
