Pleyeri seçin:

Rusiya dronlarla Ukraynaya hücum etdi

05 oktyabr 2023 136 baxış

Ukraynada gedən müharibə son günlər intensiv qarşılıqlı hücumlarla müşahidə olunur. Ölkənin, demək olar ki, bütün şəhərləri son bir aydır daha çox kütləvi dron hücumlarına məruz qalır.

Ukrayna Müdafiə Nazirliyinin açıqlamasına görə, müharibə başlayandan bugünədək rekord sayda dron hücumu sentyabrda qeydə alınıb. Belə ki, ay ərzində 550-dən çox dron Ukrayna üzərinə buraxılıb.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Yuri İqnat vəziyyəti belə şərh edib: “Bu ilin sentyabrında Ukraynaya qarşı rekord sayda Pilotsuz Uçuş Aparatlarından istifadə edilib. Buraya İran istehsalı olan “Shahed”, Rusiyanın istehsal etdiyi “Lanset”, “Kub” dronları daxildir. Güman ki, Ukraynaya bundan sonra PUA-lar vasitəsilə hücumların sayı daha da artacaq. Rusiya bu aparatları müxtəlif istiqamətlərdə buraxır. Odur ki, bu təhdidlərə adekvat şəkildə reaksiya vermək lazımdır. Əlbəttə ki, bu PUA-ları daha ucuz başa gələn metodlarla vurmağa çalışmalıyıq.

PUA hücumlarının sayı artsa da, bizdə raketlər elə də çox deyil. Bu gün bizə həm “Buk M-1”, “S-300” kimi zenit-raket kompleksləri, həm də “Patriot”, NASAMS və s. Qərb ölkələrinin istehsal etdiyi zenit-raket kompleksləri tədarük olunur. Hazırda bu tədarüklərdən asılıyıq. Buna görə də PUA-ları, məsələn, “Gepard” zenit-raket kompleksləri və ya Sovet dönəminə aid digər sistemlər və ya yeni, perspektivli vasitələrlə məhv etmək lazımdır".

"Bu gün Ukraynada silah çeşidi səviyyəsi çox yüksəkdir. Hazırda dünyanın heç bir ölkəsi Ukrayna kimi müxtəlif zenit-raket komplekslərinə malik deyil. Sadəcə indi Ukraynada bu sistemlərin sayı çox deyil. F-16 qırıcılarının tədarükünü də gözləyirik. Bu döyüş təyyarələri bizim ölkəmizin hava məkanını qoruyacaq”, – deyə o qeyd edib.

Yuri İqnatın sözlərinə görə, qışa doğru Ukraynaya şimaldan da yeni kəskin hücumların olacağı gözlənilir.

Hücumlar nəticəsində ölənlərin sayı 100-ü ötüb

Hücumlar nəticəsində ölənlərin sayı 100-ü ötüb

Dünya
11 dekabr 2025 136 baxış
Ukraynada seçki mübahisəsi

Ukraynada seçki mübahisəsi

Dünya
11 dekabr 2025 136 baxış
Almaniya Kansleri və NATO lideri görüşdü

Almaniya Kansleri və NATO lideri görüşdü

Dünya
11 dekabr 2025 136 baxış
"Türkiyənin bununla bağlı öhdəlikləri var" | Lavrov rəsmi Ankaraya xəbərdarlıq etdi - Baku TV CANLI

"Türkiyənin bununla bağlı öhdəlikləri var" | Lavrov rəsmi Ankaraya xəbərdarlıq etdi - Baku TV CANLI

Dünya
11 dekabr 2025 136 baxış
Podolyak Baku TV və Report İnformasiya Agentliyinə özəl açıqlamalar verib - Baku TV

Podolyak Baku TV və Report İnformasiya Agentliyinə özəl açıqlamalar verib - Baku TV

Dünya
11 dekabr 2025 136 baxış
Müğənni Güllünün işi ilə bağlı istintaq davam edir

Müğənni Güllünün işi ilə bağlı istintaq davam edir

Dünya
11 dekabr 2025 136 baxış
Rusiyalı arxeoloq Ukraynanın tələbi ilə Polşada saxlanılıb

Rusiyalı arxeoloq Ukraynanın tələbi ilə Polşada saxlanılıb

Dünya
11 dekabr 2025 136 baxış
Erməni Baş nazir bir saat Moskva səmasında niyə qaldı?

Erməni Baş nazir bir saat Moskva səmasında niyə qaldı?

Dünya
11 dekabr 2025 136 baxış
Paşinyan bir saat havada qaldı | Moskva səmasında nə baş verdi? - Baku TV

Paşinyan bir saat havada qaldı | Moskva səmasında nə baş verdi? - Baku TV

Dünya
11 dekabr 2025 136 baxış
ABŞ-li senatordan İranla bağlı təcili xəbərdarlıq

ABŞ-li senatordan İranla bağlı təcili xəbərdarlıq

Dünya
11 dekabr 2025 136 baxış
Seçilmişlər
icon