Rusiya tərəfindən İstanbula kimlər gedəcək? | Siyahı açıqlandı
İstanbul danışıqlarında iştirak edəcək Rusiyanın nümayəndə heyətinin və ekspertlər qrupunun tərkibi məlum olub.
Nümayəndə heyətinə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibini təsdiqləyən Rusiya Prezidenti Vladimir Putinin isə İstanbula getməyəcəyi məlum olub. Ukrayna Prezidenti Volodimir Zelenski isə münaqişənin həlli ilə bağlı danışıqlar aparmaq üçün Türkiyəyə gedib. Bu barədə “Reuters” məlumat yayıb.
Danışıqlarda Zelenski ilə yanaşı, prezident aparatının rəhbəri Andrey Yermak, müdafiə naziri Rustem Umerov, xarici işlər naziri Andriy Sibiqa və müşaviri İqor Jovkva iştirak edəcək.
Volodimir Zelenski bildirib ki, Vladimir Putindən başqa heç kimlə danışıqlar aparmağın mənası yoxdur.
#Türkiyə teqi istifadə olunub
- Kəşfiyyat dronunun Rusiya istehsalı olduğu müəyyənləşib
- 27 yaşlı futbolçuya atəş açıldı | Türkiyədə dəhşətli hadisə
- 27 yaşlı futbolçuya atəş açıldı | Türkiyədə dəhşətli hadisə - Baku TV CANLI
- Türkiyə 2017-ci ildə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini geri qaytarmaq istəyir
- Erməni politoloq Ərdoğanın açıqlamasını belə şərh etdi
