Pleyeri seçin:
Rusiyadan Ukraynaya növbəti genişmiqyaslı hava hücumu - Baku TV
Rusiya Silahlı Qüvvələrinin iyunun 2-də gecə saatlarında Kiyev və Dneprə endirdiyi kütləvi zərbələr nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja “Telegram” kanalında bildirib ki, Rusiya Silahlı Qüvvələrinin Dnepr şəhərinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 16-ya çatıb və 4-ü uşaq olmaqla 42 nəfər yaralanıb. Onun sözlərinə görə, şəhərdə axtarış-xilasetmə əməliyyatı başa çatıb.
Kiyev meri Vitali Kliçko isə vurğulayıb ki, iyunun 2-də Rusiya Ordusunun paytaxta kütləvi hücumu zamanı 90 nəfər yaralanıb. “Stasionarlarda 52 yaralı var. Onlardan ikisi uşaqdır. 6 nəfər ölüb”, – deyə mer bildirib.
Kopyalandı
#Rusiya Ordusu teqi istifadə olunub
