Dünya
Pleyeri seçin:

Rusiyalı ekspert Paşinyanı sərt tənqid etdi

14 noyabr 2023

“Ermənistan rəhbərləri başa düşməlidirlər ki, onlar Rusiyanın hərbi bazası və sərhədçiləri olmadan bacara bilməzlər”.

Bu sözləri rusiyalı hərbi ekspert Yevgeni Mixaylov Baş nazir Nikol Paşinyanın Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı verdiyi son açıqlamalarını şərh edərkən bildirib.

Qeyd edib ki, Ermənistan Rusiyasız təhlükəsizliyini təmin edə bilməyəcək. Onun sözlərinə görə, rəsmi Moskva ilə münasibətlərin tamamilə kəsilməsi nəticəsində İrəvan daha çox itirə bilər:

“O, ölkə təhlükəsizliyini yalnız Rusiyanın düşmənləri əraziyə daxil olduqları halda nisbətən qoruya bilər. Bunlar Fransa və Ermənistanın digər yeni dostlarıdır. Anlamalıdırlar ki, Rusiya hərbi bazası 2044-cü ilə qədər indi olduğu kimi yerində yerləşəcək. Çətin ki, kimsə bu müqavilədən kənara çıxsın.

Eyni zamanda sülhməramlılarımıza da müdaxilə etmək bizim haqqımızdır. Rəsmi Moskva deyə bilər sülhməramlı kontingent hara getsin və ya harada qalsın. Bu mövzuda Ermənistanla heç kim danışmır, onun fikri bizi maraqlandırmır.

N.Paşinyan hazırda Qərb ölkələrinin təsir obyektidir. Bu gün bir şey deyəcək, sabah isə tamam başqa şey. Hər şey bu ölkələrin Ermənistana necə təzyiq edəcəyindən asılıdır. Biz həmişə demişik və indi də deyirik ki, erməni xalqı bizim düşmənimiz deyil.

Axır-əvvəl Qərb ölkələri Ermənistanı tərk edəcək. Onlar üçün Ermənistan o qədər də vacib region deyil ki, onun uğrunda Rusiya ilə ölüm-dirim savaşına girsinlər. Onlar Ermənistanı tərk edəcəklər və həmişə olduğu kimi yenə də İrəvan bizdən kömək istəyəcək.

Burada belə bir sual ortaya çıxır ki, biz onları bağışlayacağıqmı? Bağışlaya bilərik, yalnız o halda ki, rəhbərliyə tamam başqa bir şəxs gəlsə. Moskva ilə ziddiyyət nəticəsində Ermənistanın nə itirdiyini dərk edəcək birindən gedir söhbət.

N.Paşinyan hələ də başa düşmür ki, Rusiya Federasiyası ilə münasibətlərin tamamilə kəsilməsi nəticəsində İrəvan daha çox şey itirə bilər. N.Paşinyanın ritorikasını bəyənmirik, xüsusən də sonuncu dəfə müsahibəsində bildirib ki, elə bir gün gələcək Cənubi Qafqazda Rusiya olmayacaq. Buna siyasi əxlaqsızlıq deyilir”.

Yevgeni Mixaylov əlavə edib ki, Qərb ölkələri Ermənistandan Rusiya-Ukrayna müharibəsində münaqişəni qızışdırmaq üçün də istifadə edir. Lakin N.Paşinyan anlamır ki, belə getsə, Ukraynanın aqibətini Ermənistan da yaşayacaq.

Rusiya XİN-dən Ermənistanın KTMT-yə pul göndərməməsinə reaksiya

Rusiya XİN-dən Ermənistanın KTMT-yə pul göndərməməsinə reaksiya

Dünya
16 may 2024
Ərdoğan Gürcüstanın Baş naziri Kobaxidze ilə görüşdü

Ərdoğan Gürcüstanın Baş naziri Kobaxidze ilə görüşdü

Dünya
16 may 2024
Moskvadakı silahlı hücuma görə saxlanılanların həbs müddəti uzadıldı

Moskvadakı silahlı hücuma görə saxlanılanların həbs müddəti uzadıldı

Dünya
16 may 2024
Zelenski Xarkovda yaralı hərbçiləri ziyarət etdi

Zelenski Xarkovda yaralı hərbçiləri ziyarət etdi

Dünya
16 may 2024
Danielyan erməniləri başına topladı | Hökumət binası mühasirə altında

Danielyan erməniləri başına topladı | Hökumət binası mühasirə altında

Dünya
16 may 2024
Fransa DİN-dən vacib məlumat | Yeni Kaledoniyada vəziyyət gərginləşir

Fransa DİN-dən vacib məlumat | Yeni Kaledoniyada vəziyyət gərginləşir

Dünya
16 may 2024
Türkiyəyə qarşı gizli planın ifşası | Coşqun Başbuğ sirləri açdı

Türkiyəyə qarşı gizli planın ifşası | Coşqun Başbuğ sirləri açdı

Dünya
16 may 2024
Kişilər sinələri üçün pul tökür, zibilyığan olmağa can atırlar | Rio de Janeyro - ORALARDA NECƏDİR?

Kişilər sinələri üçün pul tökür, zibilyığan olmağa can atırlar | Rio de Janeyro - ORALARDA NECƏDİR?

Dünya
16 may 2024
Rusiya kanallarından gizli məlumat | Ukraynaya xüsusi döyüşçülər göndərilir?

Rusiya kanallarından gizli məlumat | Ukraynaya xüsusi döyüşçülər göndərilir?

Dünya
16 may 2024
Baqrat uşaqlarla inqilaba hazırlaşır? | Keşişin dəhşətə gətirən görüntüləri

Baqrat uşaqlarla inqilaba hazırlaşır? | Keşişin dəhşətə gətirən görüntüləri

Dünya
16 may 2024
Seçilmişlər
icon