Rusiyanın tətbiq etdiyi hərbi vəziyyətin arxasındakı gizli plan
“Ruslar Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində qondarma hərbi vəziyyətdən istifadə edir və oradan çıxardıqları ukraynalı uşaqları evlərinə qaytarmırlar. İşğalçılar istirahət bəhanəsi ilə 300 uşağı Zaporojye vilayətindən Çuvaşıstana aparmağa hazırlaşırlar”.
Bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi məlumat yayıb. Bildirilir ki, ruslar Vladimir Putinin ötən ilin payızında müvəqqəti işğal olunmuş ərazilərdə tətbiq etdiyi hərbi vəziyyətin arxasında gizlənərək oradan çıxardıqları uşaqları geri qaytarmırlar.
Mərkəzin ekspertlərinin sözlərinə görə, ukraynalı uşaqlar Rusiya tərəfinə həm qanunsuz övladlığa götürmə, həm də şantaj vasitəsi kimi lazımdır.
“Rusiya tərəfi Ukraynaya çıxışı bağlayıb. Beləliklə, valideynlərinin onların arxasınca getməsi üçün uşaqlardan girov kimi istifadə olunur”, – deyə məlumatda vurğulanıb.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Qatarda olan "Baku TV" əməkdaşı və sərnişinlər təxliyə edildi
- Şiddətli hava zərbələri | Əməkdaşımızın da olduğu sərnişin qatarı vuruldu? | Ukrayna - Baku TV
- Rusiya-Ukrayna müharibəsində gərginlik getdikcə alovlanır - Baku TV CANLI
- ABŞ Ukrayna-Rusiya danışıqları üzrə qrupunu yeniləyir? - Baku TV
- Ukraynanın müttəfiqləri Rusiyanın bu cür hərəkətlərinə cavab verməməlidir | Corcia Meloni - Baku TV
