Rusiyanın yeni təyyarələri “Being” və “Airbus” asılılığını aradan qaldıracaq?
“Rusiya Prezidenti Vladimir Putin öz tarixi və ləyaqəti olan ölkələrə qarşı təzyiqləri problemin həlli üçün alət hesab etmir”.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova söyləyib.
Onun sözlərinə görə, dominant mövqeli danışıqlar və məcburetmə üsulları heç vaxt yaxşı nəticə vermir:
“Təzyiqlər mənasızdır, problemin həlli üçün başqa metodlar axtarmaq lazımdır. Münaqişələrin siyasi-diplomatik yolla həllinə açığıq və bu mövqeyə sadiqik. Təzyiqin kimdən gəlməsindən asılı olmayaraq, bu variant Rusiya üçün keçərli deyil”.
Rusiya Avropa və ABŞ-nin sanksiyalarından az ziyan görmək üçün müxtəlif qabaqlayıcı addımlar atır. İlk növbədə idxal-ixrac asılılığını aradan qaldırmaq üçün müvafiq sahələrdə iş görülür. Örnək kimi yeni sərnişin təyyarəsinin sınaqlarını göstərmək olar.
Rusiya “MS-21” təyyarələri ilə “Boeing”, “Airbus” asılılığını minimuma endirmək fikrindədir. 2025-ci ildə 15 təyyarənin hazırlanması planlaşdırılsa da, cəmi birinin sınaqları keçirilib. Buna səbəb təyyarə üçün lazım olan avadanlıqların Rusiyaya ixracının qadağan olunmasıdır. Belə olan halda isə Rusiya təyyarəni əlində olan avadanlıqlarla ərsəyə gətirməlidir.
Qeyd edək ki, bu təyyarələr 175 sərnişin üçün nəzərdə tutulub.
#Mariya Zaxarova teqi istifadə olunub
- Zaxarovadan Mirzoyanın Aİ rəsmiləri ilə görüşünə kəskin reaksiya
- Zaxarova od püskürdü | “Brüssel vampirləri” istəyirlər ki...”
- "Bu mənim vətəndaş mövqeyimdir" | Rusiya XİN sözçüsündən qalmaqal
- Zaxarovadan qalmaqallı açıqlama | Aİ Ermənistanda rusofobiyanı qızışdırır?
- Zaxarova və Peskov “Financial Times”da yazılan məqaləni şərh etdi
