Rusiyaya qarşı qanun layihəsi təxirə salındı | Vaşinqton Moskvanı gözləyir
"Rusiyaya qarşı sanksiyalara dair qanun layihəsinin Senatda müzakirəsi ABŞ və Rusiya liderləri ‒ Donald Tramp və Vladimir Putinin görüşünə qədər təxirə salınıb".
Bunu Senatdakı respublikaçılar çoxluğunun lideri Con Tyun bildirib.
“Hazırda biz bir növ pauza düyməsini basırıq", ‒ deyə o qeyd edib.
Söhbət bu ilin aprel ayında senatorlar ‒ Lindsi Qrem və Riçard Blyumental tərəfindən təqdim edilən qanun layihəsindən gedir. Sənədə əsasən, əgər Rusiya Ukrayna ilə uzunmüddətli sülh sazişinə razılaşmasa, Rusiyanın neft, qaz, uran və digər məhsullarını alan ölkələrdən idxala 500 faiz gömrük rüsumu tətbiq ediləcək.
Bu arada, Putin və Trampın yaxın iki həftə ərzində Budapeştdə görüşləri gözlənilir.
Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrovla oktyabrın 20-də telefon danışığı aparıb. O, söhbət zamanı vurğulayıb ki, Rusiya-Ukrayna ilə müharibəni həll edib, uzunmüddətli sülh sazişi bağlayarsa, birgə iş üçün imkan yaranacaq və bu əməkdaşlığın tərəflər arasında vacibliyini qeyd edib.
#Donald Tramp teqi istifadə olunub
- İspaniya hərbi bazalarından ABŞ istifadə edə bilər? | İrana ağır zərbə? - Baku TV
- Tramp sərt ssenarini seçərsə, ABŞ İranla uzun müharibəyə hazırdır? | AKTUAL GÜNDƏM
- İranla bağlı təhlükəli qərar | ABŞ-nin müttəfiqlərini narahat edən ssenari - Baku TV
- Trampdan İranla bağlı sensasiyalı açıqlama
- İran uzunmüddətli müdafiəyə hazır olduğunu bəyan edib
