Subaylıq andını pozan katolikosla bağlı qalmaqal böyüyür | Stepanyan elə şeylər dedi ki...
“Subaylıq andını pozan bütün ermənilərin katolikosu II Qareginin övladı var”.
Bunu erməni politoloq Davit Stepanyan deyib.
“II Qareginin böyük yaşda olan bir qızının olduğu çoxdan məlumdur. Bu, Nikol Paşinyanın bəyanatından əvvəl də məlum idi, amma heç kim dilə gətirmirdi”, – ekspert bildirib.
D.Stepanyanın fikrincə, kilsə siyasətə girməklə kilsəni müdafiəsiz vəziyyətə salıb.
“Katolikos II Qaregin və bəzi yüksək rütbəli kilsə xadimləri Rusiyanın maraqlarına xidmət edir. Kilsə daxildən təmizlənməlidir”, – erməni politoloq əlavə edib.
D.Stepanyan vurğulayıb ki, obyektiv araşdırma aparılsa, bəzi kilsə xadimləri cinayət məsuliyyətindən yayına bilməyəcəklər.
Ermənistan KİV-in məlumatına görə, II Qareginin qızının adı Xatun Qriqoryantsdır. Sosial medianın Ermənistan seqmentində X.Qriqoryantsın fotosu da yayılıb.
#Ermənistan teqi istifadə olunub
- Ermənistanda radikal müxalifət sülh prosesinə niyə müqavimət göstərməyə çalışır?
- "Bu, Ermənistanın cavabdeh olduğu məsələdir" | Qarabağda mina təhlükəsi davam edir - Baku TV
- Putinin açıqlamasına İrəvandan şərh: "Bizim yerimizə siz qərar verə bilməzsiniz"
- Tarixi həqiqətləri danan Solovyov Azərbaycana niyə qara yaxmaqla məşğuldur? - Baku TV
- Mirzoyan Paşinyanın qulağına nə pıçıldadı? | Türkiyə ilə nə əlaqəsi var?
