Sülh masasında gərgin debat | ABŞ və Ukrayna rəsmiləri 6,5 saat nədən danışdı? - Baku TV
Ukrayna rəsmiləri ilə ABŞ arasında aparılan danışıqlardan sonra sülh planı daha yaxşı görünür. Ərazi məsələsi ən çətin məsələ olaraq qalır.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla keçirdiyi mətbuat konfransında bildirib.
“Ərazi məsələsi pul və yenidənqurma kimi ən çətin məsələdir. Avropalı tərəfdaşların iştirakı olmadan razılığa gəlmək çətindir. Təhlükəsizlik zəmanəti məsələsində isə ABŞ və Avropadan konkret detallar vacibdir. Biz burada çox diqqətli olmalıyıq, lakin plan daha yaxşı görünür”, – V.Zelenski qeyd edib.
O əlavə edib ki, ABŞ ilə danışıqlar zamanı ərazi məsələsi 6,5 saat yalnız ayrı-ayrı məqamlar üzrə müzakirə olunub.
V.Zelenskinin sözlərinə görə, ABŞ ilə danışıqlar davam edir; Vaşinqton öz mövqeyini Ukrayna rəsmiləri ilə artıq bölüşüb və indi də eyni mövzunu Moskva ilə müzakirə etmək istəyir.
#ABŞ teqi istifadə olunub
- İran yeni ali lideri üçün səbirsizlənir
- İran böhranının yaratdığı iqtisadi çətinliklərə Avropa davam gətirə biləcək? - AKTUAL GÜNDƏM
- İranın təslim olmaqdan başqa çarəsi qalmayacaq | ABŞ-nin hərbi naziri
- ABŞ-də həbsdə saxlanılan Maduro ölkəsinə bu mesajı yolladı
- ABŞ hərbi bazası vuruldu | Regionda gərginlik davam edir - Baku TV
