Pleyeri seçin:

Sülh planının Ukrayna üçün nəticələri

20 noyabr 2025 226 baxış

ABŞ və Rusiya tərəfindən Ukrayna və Avropa İttifaqının iştirakı olmadan hazırlanmış 28 bəndlik sülh planının yeni detalları ortaya çıxıb.

Bu barədə “The Economist”in mənbələri bildirib.

Məlumata görə, plan Rusiyanın müharibə ərzində irəli sürdüyü bir çox maksimalist tələbləri təsdiqləyir və bir neçə yeni maddəni ehtiva edir. Nəşr yazıb ki, plan praktik olaraq Ukraynanın kapitulyasiyasını tələb edir. Xüsusilə plan Ukrayna Silahlı Qüvvələrinin sayının 40 faizə qədər azaldılmasını nəzərdə tutur. Özü də Rusiya qüvvələrinin analoji şəkildə azaldılması olmadan...

Plana əsasən, Ukraynaya bir neçə kateqoriya silaha, o cümlədən Moskva və Sankt-Peterburqa çata bilən uzaqmənzilli sistemlərə sahib olmaq qadağan edilir. Həmçinin xarici qoşunların Ukrayna ərazisinə daxil olmasına icazə verilmir, xarici diplomatların istifadə etdiyi təyyarələrin Ukraynaya uçması qadağan olunur.

Məqalədə bildirilib ki, bu, Rusiyanın Ukrayna hava məkanına dair niyyətləri barədə əsaslı şübhələr yaradır. Həmçinin Ukrayna rus dilini ikinci dövlət dili elan etməli və Rus Pravoslav Kilsəsinin ölkədəki fəaliyyətini bərpa etməlidir.

“The Economist”in mənbələri deyib ki, bu təklifin Tramp Administrasiyasında nə qədər qəbul olunduğu məlum deyil. Bəzilərinə görə, bu, Rusiya ilə yaxşı əlaqələri olan ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun şəxsi təşəbbüsü də ola bilər.

Belə bir planın hazırlanmasının məqsədi də qaranlıqdır, məsələn, Ukrayna Prezidenti Volodimir Zelenskini bu həssas dönəmində çətin vəziyyətə salmaq istəyi istisna edilmir.

Ukrayna Prezident Administrasiyasının mənbələri ondan narahatdır ki, ABŞ-də bəzi şəxslər Kiyevdəki korrupsiya böhranından istifadə etmək niyyəti ilə bu planı irəli sürüblər.

Nəşrin fikrincə, bu, Ukraynanı indiyədək qəbuledilməz saydığı güzəştlərə məcbur etmək istəyi ilə bağlı ola bilər.

Bəzi hərbi analitiklər Ukraynanın durumunu o qədər də ümidsiz hesab etmirlər. Onlara görə, məcburedici təzyiqlər qarşısında olsa belə, Zelenski bu qədər sərt tələblərlə razılaşmayacaq.

Dünyanı dəhşətli münaqişələr gözləyir? - Trampdan 2 ölkə ilə bağlı sensasiyalı mesaj - Baku TV

Dünyanı dəhşətli münaqişələr gözləyir? - Trampdan 2 ölkə ilə bağlı sensasiyalı mesaj - Baku TV

Dünya
03 fevral 2026 226 baxış
Mark Ruttedən Rusiyaya xəbərdarlıq | "Putin səhv etdi" - ANA XƏBƏR

Mark Ruttedən Rusiyaya xəbərdarlıq | "Putin səhv etdi" - ANA XƏBƏR

Dünya
03 fevral 2026 226 baxış
Dollar daha da ucuzlaşsa, dünyaya necə təsir edəcək? - ABŞ-də fikir ayrılığı - Baku TV

Dollar daha da ucuzlaşsa, dünyaya necə təsir edəcək? - ABŞ-də fikir ayrılığı - Baku TV

Dünya
03 fevral 2026 226 baxış
Baş nazir Pedro Sançes yeni qanundan danışdı

Baş nazir Pedro Sançes yeni qanundan danışdı

Dünya
03 fevral 2026 226 baxış
Dövlət Baxçalı: “Öcalan vədini yerinə yetirdi”

Dövlət Baxçalı: “Öcalan vədini yerinə yetirdi”

Dünya
03 fevral 2026 226 baxış
İki ölkə İrana hücuma hazırlaşır – “Walla News”

İki ölkə İrana hücuma hazırlaşır – “Walla News”

Dünya
03 fevral 2026 226 baxış
“Qərb artıq maskaları çıxarıb” | Sergey Şoyqudan diqqətçəkən sözlər

“Qərb artıq maskaları çıxarıb” | Sergey Şoyqudan diqqətçəkən sözlər

Dünya
03 fevral 2026 226 baxış
"Amerikalılar İran ətrafında ciddi hərbi hazırlıqlar görüblər" | ABŞ-nin şərti... - Baku TV

"Amerikalılar İran ətrafında ciddi hərbi hazırlıqlar görüblər" | ABŞ-nin şərti... - Baku TV

Dünya
03 fevral 2026 226 baxış
Ukraynada istilik sistemi hələ də bərpa olunmayıb

Ukraynada istilik sistemi hələ də bərpa olunmayıb

Dünya
03 fevral 2026 226 baxış
İran Prezidenti Vaşinqtonla bağlı göstəriş verdi - Baku TV

İran Prezidenti Vaşinqtonla bağlı göstəriş verdi - Baku TV

Dünya
03 fevral 2026 226 baxış
Seçilmişlər
icon