Pleyeri seçin:

Tramp Putinlə görüşünün bəzi detallarını açıqladı | ABŞ Prezidenti Ukraynaya icazə verdi

15 avqust 2025 129 baxış

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada görüş zamanı Rusiya və Ukrayna arasında ərazilərin mübadiləsi məsələsini müzakirə etmək niyyətində olduğunu deyib.

O həmçinin bu məsələ ilə bağlı yekun qərarın Moskva və Kiyevə aid olduğunu bildirib.

“Bəli, ərazi mübadiləsi müzakirə olunacaq, lakin mən Ukraynaya qərar vermək imkanı verəcəyəm, inanıram ki, onlar düzgün qərar verəcəklər. Mənim məqsədim Ukrayna üçün danışıqlar aparmaq deyil, onları danışıqlar masası arxasında əyləşdirməkdir”, – deyə D.Tramp bildirib.

Donald Tramp ABŞ-nin Avropa ölkələri ilə birlikdə Ukraynaya təhlükəsizlik zəmanəti verə biləcəyini, lakin bunun NATO-ya qoşulmaq variantında olmayacağını bildirib.

“Ehtimal var ki, Avropa və digər ölkələrlə belə bir şey edə bilək. Amma NATO formatında yox. Çünki bilirsiniz ki, bəzi şeylər baş verməyəcək”, – deyə D.Tramp qeyd edib.

ABŞ lideri məsələ ilə bağlı əlavə şərh verməyib. D.Tramp Rusiyanın ABŞ-nin iqtisadi potensialına maraq göstərdiyini bildirib:

“Fərqinə vardım ki, V.Putin Rusiyadan çoxlu biznesmen gətirir. Bu, yaxşıdır. Bu mənim xoşuma gəlir, çünki onlar bizneslə məşğul olmaq istəyirlər. Amma biz müharibəni həll etməyincə onlar bizneslə məşğul olmayacaqlar”.

ABŞ Prezidenti Alyaskada keçiriləcək sammitin nəticəsiz qalacağı təqdirdə Rusiyanı ağır iqtisadi sanksiyalarla hədələyib.

“V.Putin düşünür ki, Ukraynadakı müharibə ona kömək edir, amma əslində bu ona ziyan vurur”, – deyə ABŞ Prezidenti əlavə edib.

O həmçinin V.Putini “ağıllı” adlandırıb. D.Tramp Alyaska sammitindən “nəsə çıxacağını” da istisna etməyib.

Ukraynanın aqibəti necə olacaq?

Ukraynanın aqibəti necə olacaq?

Dünya
17 dekabr 2025 129 baxış
Xarici qoşunlar və sanksiyalar yenidən Kremlin gündəmində

Xarici qoşunlar və sanksiyalar yenidən Kremlin gündəmində

Dünya
17 dekabr 2025 129 baxış
Alimlər "cəhənnəm"i tapdılar

Alimlər "cəhənnəm"i tapdılar

Dünya
17 dekabr 2025 129 baxış
Məktəblinin amansız qətlinə görə təcili tədbir | Tacikistan Rusiyaya nota verdi - Baku TV

Məktəblinin amansız qətlinə görə təcili tədbir | Tacikistan Rusiyaya nota verdi - Baku TV

Dünya
17 dekabr 2025 129 baxış
Ölkəyə səs salan qandonduran qətl | Öldürülən məktəbliyə görə təcili tədbir

Ölkəyə səs salan qandonduran qətl | Öldürülən məktəbliyə görə təcili tədbir

Dünya
17 dekabr 2025 129 baxış
Zelenski sülh təklifinin rədd ediləcəyi təqdirdə ABŞ-dən gözləntisini açıqlayıb

Zelenski sülh təklifinin rədd ediləcəyi təqdirdə ABŞ-dən gözləntisini açıqlayıb

Dünya
17 dekabr 2025 129 baxış
Benzema sevgilisi ilə görüşmək üçün Luvr muzeyini icarəyə götürdü

Benzema sevgilisi ilə görüşmək üçün Luvr muzeyini icarəyə götürdü

Dünya
17 dekabr 2025 129 baxış
Rusiyada saxlanılan ukraynalı əsirlərə humanitar yardım göstərilib

Rusiyada saxlanılan ukraynalı əsirlərə humanitar yardım göstərilib

Dünya
17 dekabr 2025 129 baxış
Lukaşenko Alyaska sammitindən əvvəl Trampa məsləhət verib

Lukaşenko Alyaska sammitindən əvvəl Trampa məsləhət verib

Dünya
17 dekabr 2025 129 baxış
Romada metro stansiyaları muzeyə çevrildi

Romada metro stansiyaları muzeyə çevrildi

Dünya
17 dekabr 2025 129 baxış
Seçilmişlər
icon