Pleyeri seçin:
Tramp Rusiya və Ukraynanı münaqişəyə son qoymağa çağırıb - Baku TV
“Düşünürəm ki, onlar görüşsəydilər, əla olardı. Onlar bunu etməlidirlər”.
Bunu ABŞ Prezidenti Donald Tramp rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenskinin görüşü ilə bağlı jurnalistlərə açıqlaması zamanı deyib.
Müharibəyə son qoymaq üçün Trampın Putini hansı güzəştlərə getməyə çağırdığı barədə suala isə ABŞ Prezidenti cavab verməyib. O, sadəcə hər iki tərəfin güzəştə getməli olduğunu deyib.
Donald Tramp eyni zamanda İranın ali rəhbəri Müctəba Xamenei ilə görüşməyə hazır olduğunu və ona hörmətlə yanaşacağını bildirib.
“Mən bu barədə çox eşitməmişəm. Mən bunu təklif etməmişəm. Amma bəzi insanlar bunu edib. Əgər bu baş versəydi, mən buna hörmətlə yanaşardım”, – deyə o qeyd edib.
Kopyalandı
#Donald Tramp teqi istifadə olunub
- Trampdan İranla bağlı diqqətçəkən açıqlama - Baku TV
- “Başqa yol yoxdur, bu məsələlərdə razılıq əldə edilməsə...” | Netanyahu ABŞ-yə niyə gedir? - Baku TV
- Börnhem Britaniyanın Trampa qarşı çıxmağa hazır olduğunu bildirib
- Bakıda çapılan qayalar, tikintilərin fəsadı: havadakı toz normanı 1,7 dəfə keçdi - AKTUAL GÜNDƏM
- "The New York Times" nəşrinin iddiası gündəmi alt-üst etdi
