Ukrayna ancaq bu halda NATO-ya üzv olacaq | Aranı qarışdıran tələb
“Vaşinqtonda keçiriləcək NATO sammitinin iştirakçıları Ukraynanın alyansa qoşulmaq üçün Rusiyanı məğlub etməli olacağını bildirəcəklər”.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə alyansın müdafiə nazirlərinin görüşündən əvvəl mətbuat konfransında deyib.
“Biz əmin olmalıyıq ki, Ukrayna qalib gələcək. Bu, Ukraynanın alyansa üzv olması üçün minimal şərtdir”, – deyə baş katib bildirib.
O həmçinin əlavə edib ki, Ukrayna ildə 40 milyard dollarlıq silahla təmin ediləcək. Bununla bağlı iyunun 13-də NATO-nun müdafiə nazirləri təminat planını təsdiq edəcəklər. Y.Stoltenberq bildirib ki, alyans təchizatı koordinasiya edəcək.
“Mən nazirlərin Ukraynaya yardımın göstərilməsində NATO-nun rolunun gücləndirilməsi planını təsdiqləyəcəklərini gözləyirəm. Bu, Vaşinqtonda keçiriləcək sammitdə razılaşdırılacaq Ukraynaya yardım paketinin əsas elementidir”, – deyə alyans rəsmisi bildirib.
#Ukrayna teqi istifadə olunub
- Avropa İttifaqında rəsmi qalmaqal | Leyenə qarşı araşdırma başladı
- Peskov Trampın nümayəndələri ilə bağlı hansı mesajı verdi?
- Kiyev Moskvaya təzyiqi artırır: Ukraynanı hansı risklər gözləyir? - AKTUAL GÜNDƏM
- Polşa-Ukrayna gərginliyi artır: Moskva fürsəti necə dəyərləndirir? - AKTUAL GÜNDƏM
- Türkiyədə yenidən Rusiya-Ukrayna danışıqları baş tutacaq?
