Ukrayna döyüş meydanda tək qaldı I ABŞ rəsmisi açıqladı
“ABŞ-nin Ukraynaya yardım üçün vəsaiti tükənir, əgər konqres maliyyələşdirməni təsdiqləməsə, rəsmi Kiyevə silah tədarükü dayandırıla bilər”.
Bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə Müşaviri Ceyk Sallivan keçirdiyi brifinqdə çıxışı zamanı deyib.
“Ukraynaya silah vermək üçün maliyyə yoxdursa, silah ötürməyə davam edə bilmərik. Bizim sadəcə bir küncdə gizlədə biləcəyimiz və Ukrayna üçün ondan pul götürə biləcəyimiz sehrli pul qabımız yoxdur. Biz müharibə başlayandan bəri bir neçə raundda maliyyə tələb etdik və bu maliyyəni Kiyevi, Xersonu və Xarkovu xilas etmək, eləcə də ələ keçirilən ərazilərin 50%-ni geri almaq yönündə tətbiq etdik. Konqres bu məsələ ilə bağlı tədbir görməsə, ilin sonuna qədər ABŞ-nin Ukraynaya yardım üçün resursları tükənəcək.
Vurğulamaq istərdim ki, Konqresin Ukraynanın milli təhlükəsizlik ehtiyacları üçün təmin etdiyi vəsait nəticəsində Rusiyanın Ukraynadakı irəliləyişini dayandırdı, Ukraynaya mühüm hərbi qələbələr əldə etməyə kömək etdi, o cümlədən Rusiyanın ələ keçirdiyi ərazilərin 50 faizdən çoxunu geri qaytardı”, – deyə o bildirib.
#ABŞ teqi istifadə olunub
- Zelenskidən ABŞ-Ukrayna danışıqları barədə açıqlama - Baku TV CANLI
- Ermənistan–ABŞ işçi qrupunun ilk görüşü keçirilib
- Beynəlxalq Cinayət Məhkəməsinin 2 hakiminə qarşı sanksiya tətbiq edilib
- Tayvana indiyədək ən böyük silah paketi təsdiqlənib
- ABŞ Pakistan Ordusunu niyə Qəzzada görmək istəyir? - Baku TV
