Ukrayna-Rusiya müharibəsi Moskvaya çatdı, binalara ziyan dəydi
Rusiyanın paytaxtı Moskva şəhərinin meri Sergey Sobyanin özünün teleqram kanalında dronların şəhərə hücum etdiyini bildirib.
Mer uçan pilotsuz təyyarələrin hücumu nəticəsində şəhərdə itki olmadığını qeyd edib. Məlumata görə, mayın 30-da səhər saatlarında PUA-nın hücumu nəticəsində bir neçə binaya cüzi ziyan dəyib.
"Hazırda heç kim ciddi xəsarət almayıb", – deyən S.Sobyanin əlavə edib ki, şəhərin bütün fövqəladə hallar xidmətləri ərazidədir və hadisənin başvermə şəraiti müəyyənləşdirilir. O həmçinin yalnız rəsmi mənbələrə istinad etməyə çağırıb.
Bundan əvvəl hadisə şahidləri Moskvanın Novomoskovsk rayonunda yaşayış binasında partlayışın baş verdiyini bildiriblər. Daha sonra Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hadisə Atlasova küçəsi, ev 11-də baş verib. FHN yaşayış binasında partlayışa pilotsuz təyyarənin səbəb ola biləcəyini ehtimal edib.
Bundan əlavə, Leninski prospektindəki binanın xüsusi təyinatlılar tərəfindən mühasirəyə alındığı, istehkamçıların ərazidə işlədiyi bildirilib.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- ABŞ və Rusiya nazirlərinin Ukrayna və İran müzakirəsi necə nəticə verəcək? - ANA XƏBƏR
- Müharibənin uzanması Rusiyaya nəyə başa gələ bilər? - Baku TV CANLI
- Rusiya-Ukrayna müharibəsi hansı tarixdə bitəcək? - Zelenskidən açıqlama - Baku TV
- Yeni döyüş mərhələsi başlayır? | Bölgədən gələn xəbərlər narahatlıq doğurur - Baku TV
- Ukraynadan Rusiyaya təklif | Milyardlarla insan çirklənmiş hava ilə nəfəs alır - YENİ BİR SƏHƏR
