"Ukraynadakı böhranı bir gecədə həll etmək mümkün deyil" | Peskov
“Donald Trampın səmimi olaraq bütün qlobal münaqişələri həll etmək istəyi müsbət hisslər doğurur. Lakin Ukraynadakı böhranı bir gecədə həll etmək mümkün deyil”.
Belə bir açıqlama ilə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.
Onun sözlərinə görə, Ağ Ev rəhbəri Donald Trampın bütün kəskin böhranları həll etmək istəyinə baxmayaraq, dərin köklü səbəbləri olan Ukrayna münaqişəsi tez bir zamanda həll etmək üçün həddindən artıq mürəkkəbdir.
ABŞ-nin “Lukoil” və “Rosneft” şirkətlərinə qarşı tətbiq edilən sanksiyaları şərh edən Peskov onları Rusiyaya qarşı qeyri-dost addım adlandırıb.
O vurğulayıb ki, Moskva ABŞ də daxil olmaqla bütün ölkələrlə mehriban münasibətlər qurmağa çalışır, lakin yeni sanksiyalar ikitərəfli əlaqələrin bərpası perspektivlərinə xələl gətirir.
O, sonda Kiyevin Rusiyanın dərinliklərinə zərbə endirmək istəyinə də münasibət bildirib. Dmitri Peskov qeyd edib ki, Moskva onların bu cəhdlərinə sərt cavab verəcək.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- 3 avropalı liderdən Zelenskiyə təcili xəbərdarlıq - BAKU TV CANLI
- “Avropada yeni sistem yaranacaq” | Hakan Fidan müharibədən danışdı
- ”Cəbhədə vəziyyət daha da pisləşib” | Sergey Raxmanin
- Eyni şəhər üzərində həm Ukrayna, həm də Rusiya bayrağı | Müharibədə son vəziyyət - Baku TV
- Türkiyəli nazirdən Rusiya və Ukraynaya çağırış
