Pleyeri seçin:

Ukraynaya dəhşətli PUA hücumu Avropaya da... | Zelenskidən kritik açıqlama

02 aprel 2025 312 baxış

Ukrayna Rusiyanın PUA hücumuna məruz qalıb.

Bu ölkənin kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, dronlar Odessaya istiqamətlənib. Bu hücum Qara dənizdən “Şahed” PUA-ları ilə həyata keçirilib.

Xarkova da bir neçə zərbə endirilib. Hətta Xolodnoqoryedə yanğın qeydə alınıb.

Hökumətin Xarkovdakı adminstarasiyasının sədri Oleq Sinequbov bildirib ki, 5 partlayış səsi eşidilib.

Bu arada, Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın xarici işlər naziri Annalena Berbokla görüşdən sonra birgə brifinq zamanı Ukraynanın gələcək təhlükəsizliyi ilə bağlı danışıb. Daha dəqiq desək, o, gələcək təhlükəsizliyin sığortası ilə əlaqədar ABŞ Prezidenti Donald Trampa dediklərini açıqlayıb.

Məlum olub ki, Zelenski Trampdan dərin kəşfiyyatda dəstək istəyib. Buraya peyk əlaqəsi və yeni texnologiyalar da aiddir.

“Prezident Trampla hava məkanının müdafiəsi barədə danışmışam. Çünki bu, mühüm məsələdir. Əgər Ukraynanın bütün hava məkanını “Patriot” sistemi ilə bağlasaq, bu, ABŞ tərəfdən Ukraynanın təhlükəsizliyinə ciddi dəstək olar”, ‒ o qeyd edib.

Brifinqdə aprelin 4-də tərəfdaşlarla baş tutacaq görüşdən də bəhs edilib. Belə ki, bəzi ölkələr Ukraynaya öz silahlı kontigentini yerləşdirmək barədə düşünür.

“Bu görüşdə Kiyev daha konkret cavablar alacaq. Tərəfdaşlarla müzakirələr Ukraynanın təklifləri ətrafında aparılacaq”, ‒ Zelenski əlavə edib.

Qeyd edək ki, həmin görüşdə Ukrayna ordusunun gələcəyi də müzakirə predmeti olacaq. Avropa ölkələri Ukrayna Silahlı Qüvvələrini öz təlim və silahları ilə gücləndirmək istəyir.

Çin yük kosmik gəmisini “Tyanqun” orbital stansiyasına doğru uğurla orbitə buraxıb

Çin yük kosmik gəmisini “Tyanqun” orbital stansiyasına doğru uğurla orbitə buraxıb

Dünya
11 may 2026 312 baxış
“Nə biz, nə də iranlılar...” | Netanyahudan diqqətçəkən etiraf

“Nə biz, nə də iranlılar...” | Netanyahudan diqqətçəkən etiraf

Dünya
11 may 2026 312 baxış
Böyük Britaniyanın Baş naziri istefa verəcək?

Böyük Britaniyanın Baş naziri istefa verəcək?

Dünya
11 may 2026 312 baxış
Pakistanda dəhşətə gətirən terror aktı

Pakistanda dəhşətə gətirən terror aktı

Dünya
11 may 2026 312 baxış
Yunanıstan hökuməti bir sıra yeni müddəaları nəzərdən keçirir

Yunanıstan hökuməti bir sıra yeni müddəaları nəzərdən keçirir

Dünya
11 may 2026 312 baxış
Tramp Obama və Baydenin Tehranla bağlı siyasətini sərt tənqid edib

Tramp Obama və Baydenin Tehranla bağlı siyasətini sərt tənqid edib

Dünya
11 may 2026 312 baxış
SEPAH ABŞ-ni hədələdi | Gərginlik artır

SEPAH ABŞ-ni hədələdi | Gərginlik artır

Dünya
11 may 2026 312 baxış
"Saudi Aramco"nun birinci rübdə xalis mənfəəti 25 faiz artıb

"Saudi Aramco"nun birinci rübdə xalis mənfəəti 25 faiz artıb

Dünya
11 may 2026 312 baxış
Astmanın gizli əlamətləri hansıdır?

Astmanın gizli əlamətləri hansıdır?

Dünya
11 may 2026 312 baxış
Münaqişənin nizamlanması üzrə danışıqlarda son vəziyyət

Münaqişənin nizamlanması üzrə danışıqlarda son vəziyyət

Dünya
11 may 2026 312 baxış
Seçilmişlər
icon