Pleyeri seçin:

Ukraynaya rekord sayda dron hücumu: Rusiya-Ukrayna savaşında son durum

06 oktyabr 2023 214 baxış

Ukraynada gedən müharibə son günlər daha intensiv qarşılıqlı hücumlarla müşayət olunur.

Ölkənin Müdafiə Nazirliyinin açıqlamasına görə, ötən ay il yarımdan çox davam edən müharibə fonunda rekord sayda dron hücumlarına məruz qalıblar. Belə ki, sentyabr ayı ərzində Ukrayna üzərinə 550-dən çox dron buraxılıb.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat bildirib ki, bunlar İran istehsallı “Shahed”, Rusiyanın istehsal etdiyi “Lanset”, “Kub” PUA-larıdır:

“Ehtimal edirik ki, Ukraynaya bundan sonra bu silahlarla hücumların sayı artacaq. Rusiya müxtəlif istiqamətlərdən PUA-lar buraxır: işğal altındakı Krımdan, Krasnodar diyarından və Kursk-Bryansk bölgəsindən. Biz PUA-ları daha ucuz başa gələn və rasional metodlarla vurmağa çalışmalıyıq. Amma bizdə raketlər elə də çox deyil. Bu gün bizə həm “Buk M-1”, “S-300” kimi zenit-raket kompleksləri, həm də “Patriot”, NASAMS və s. kimi Qərb ölkələrinin istehsal etdiyi zenit-raket kompleksləri tədarük olunur. Hazırda bu tədarüklərdən asılıyıq. Buna görə də PUA-ları, “Gepard” zenit-raket kompleksləri və ya sovet dönəminə aid digər sistemlər və ya yeni, perspektivli vasitələrlə məhv etmək lazımdır”.

O qeyd edib ki, Ukrayna PUA-lara qarşı həm köhnə, həm də yeni sistemlər almağa çalışır: “Bu gün Ukraynada silah çeşidi səviyyəsi çox yüksəkdir. F-16 qırıcılarının tədarükünü də gözləyirik. Bu döyüş təyyarələri bizim ölkəmizin hava məkanını qoruyacaq və bu qırıcılar vasitəsilə Ukraynanın işğal altındakı ərazilərindəki Rusiya qoşunlarına zərbələr endiriləcək”.

Yuri İqnat vurğulayıb ki, düşmən təkcə hərbi obyektləri deyil, liman və mülki obyektləri də hədəf alır.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü onu da bildirib ki, üzü qışa doğru Ukraynaya şimaldan da yeni kəskin hücumların olacağı gözlənilir.

NATO-nun Baş katibindən dünyaya çağırış

NATO-nun Baş katibindən dünyaya çağırış

Dünya
12 dekabr 2025 214 baxış
Ukrayna ABŞ-yə sülh planını yenidən təqdim edib

Ukrayna ABŞ-yə sülh planını yenidən təqdim edib

Dünya
12 dekabr 2025 214 baxış
2,3 milyard avro sabitliyin möhkəmləndirilməsinə ayrılıb

2,3 milyard avro sabitliyin möhkəmləndirilməsinə ayrılıb

Dünya
12 dekabr 2025 214 baxış
ABŞ-də sel fəlakətinin dəhşətli nəticəsi

ABŞ-də sel fəlakətinin dəhşətli nəticəsi

Dünya
12 dekabr 2025 214 baxış
Ukrayna dronlarla Moskvanı hədəfə aldı | Hücumlarla bağlı təcili xəbərdarlıq -Baku TV

Ukrayna dronlarla Moskvanı hədəfə aldı | Hücumlarla bağlı təcili xəbərdarlıq -Baku TV

Dünya
12 dekabr 2025 214 baxış
Hücumlar nəticəsində ölənlərin sayı 100-ü ötüb

Hücumlar nəticəsində ölənlərin sayı 100-ü ötüb

Dünya
11 dekabr 2025 214 baxış
Ukraynada seçki mübahisəsi

Ukraynada seçki mübahisəsi

Dünya
11 dekabr 2025 214 baxış
Almaniya Kansleri və NATO lideri görüşdü

Almaniya Kansleri və NATO lideri görüşdü

Dünya
11 dekabr 2025 214 baxış
"Türkiyənin bununla bağlı öhdəlikləri var" | Lavrov rəsmi Ankaraya xəbərdarlıq etdi - Baku TV CANLI

"Türkiyənin bununla bağlı öhdəlikləri var" | Lavrov rəsmi Ankaraya xəbərdarlıq etdi - Baku TV CANLI

Dünya
11 dekabr 2025 214 baxış
Podolyak Baku TV və Report İnformasiya Agentliyinə özəl açıqlamalar verib - Baku TV

Podolyak Baku TV və Report İnformasiya Agentliyinə özəl açıqlamalar verib - Baku TV

Dünya
11 dekabr 2025 214 baxış
Seçilmişlər
icon