Dünya
Pleyeri seçin:

Ukraynaya tam qadağa qoydular | Polşa ilə gərginliyin iç üzü

07 mart 2024

Polşanın Ukrayna ilə sərhədini getdikcə məhdudlaşdırması Avropada böyük gərginliyə səbəb olub. Xüsusilə son vaxtlar dünya bazarına idxal olunan Ukrayna taxılının sərhəddən buraxılmaması, hətta polşalı fermerlər tərəfindən buğdanın yola dağıdılması iki ölkə arasında ciddi narazılığa səbəb olub.

Polşa tərəfi bunu Ukrayna taxılının Avropaya idxalı fonunda, fermərlərin öz məhsullarının ucuzlaşmasından narahat olduqları ilə əlaqəndirib. Lakin bu günlərdə sanksiyalara baxmayaraq, Rusiyadan Polşa vasitəsilə taxıl daşınmasının üzə çıxması ukraynalıları məyus edib.

Ukraynalı ekspert Dmitro Qromakov bildirib ki, Polşa fermerləri Ukraynanın qərb sərhədlərini blokadaya alıblar. Bu, Ukrayna сəbhəsi üçün böyük problem olmasa da, sosial-iqtisadi vəziyyət üçün problemdir.

“Çünki Polşa bütün istehlak məhsullarının tədarükü üçün əsas mərkəzdir. Bu, mağazaların rəflərinə, tükənmək üzrə olan, anbarlardan çıxan məhsulların qiymətlərinə təsir edir. Problemin birinci aspekti ondan ibarətdir ki, şirkətlər Rusiya və Belarusdan tədarük kontekstində Ukraynanı nəzərə almır. Ukraynanın tədarükünə qarşı qarayaxma kampaniyası keçirilir. Lakin Rusiyadan Polşaya taxıl tədarükü barədə danışılmır. Bu, ukraynalılar və polşalılar arasındakı əlaqələri kəsmək üçün məqsədyönlü kampaniyadır. Xalqlarımız arasında nifaq salmaq üçün Rusiya və Polşanın rusiyapərəst qrupları və vətəndaş fəallarının bir hissəsi Ukrayna taxılına qarşı mübarizə aparmaq üçün bu kampaniyaya başladılar”.

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğradı

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğradı

Dünya
19 may 2024
İstanbulda narkotik əməliyyatı | Saxlanılanlar var

İstanbulda narkotik əməliyyatı | Saxlanılanlar var

Dünya
19 may 2024
Xarkova növbəti raket hücumu | Ölən və yaralananlar var

Xarkova növbəti raket hücumu | Ölən və yaralananlar var

Dünya
19 may 2024
Parisin Yeni Kaledoniya ilə bağlı siyasəti dalana dirənib | Mariya Zaxarova

Parisin Yeni Kaledoniya ilə bağlı siyasəti dalana dirənib | Mariya Zaxarova

Dünya
19 may 2024
Zurabişvili qalmaqallı qanunla bağlı qərarını bildirdi

Zurabişvili qalmaqallı qanunla bağlı qərarını bildirdi

Dünya
19 may 2024
Yaraşıqlı "Fransız mələyi" Moris Tiye necə "Şrek"ə çevrildi? - ARAŞDIRMA

Yaraşıqlı "Fransız mələyi" Moris Tiye necə "Şrek"ə çevrildi? - ARAŞDIRMA

Dünya
18 may 2024
Türkiyədə antiterror əməliyyatı | 44 nəfər saxlanıldı

Türkiyədə antiterror əməliyyatı | 44 nəfər saxlanıldı

Dünya
18 may 2024
Yeni Kaledoniyada aksiya zamanı həlak olanların sayı artdı | Vəziyyət gərginləşir

Yeni Kaledoniyada aksiya zamanı həlak olanların sayı artdı | Vəziyyət gərginləşir

Dünya
18 may 2024
Qəzzada atəşkəs danışıqları dayandırılıb | İsrail mediasından açıqlama

Qəzzada atəşkəs danışıqları dayandırılıb | İsrail mediasından açıqlama

Dünya
18 may 2024
Ukrayna bu şəhərin yarısını itirdi | Ağır döyüşlərdə son vəziyyət

Ukrayna bu şəhərin yarısını itirdi | Ağır döyüşlərdə son vəziyyət

Dünya
18 may 2024
Seçilmişlər
icon