Vardanyanla Arutyunyan savaşı dərinləşir
Xankəndidəki separatçı rejimdə daxili siyasi böhran dərinləşir. Belə ki, Ruben Vardanyan klanının idarəetməni ələ keçirməsi Arayik Arutyunyanı yenidən aktivləşməyə və hücuma keçməyə vadar edib.
Üstəlik, Ermənsitanın da qondarma qurumdan əlini çəkməsi artıq onların acınacaqlı durumda olmasından və Azərbaycanla razılaşmaqdan başqa çıxış yolunun qalmadığından xəbər verir.
Proseslər onu göstərir ki, separatçılar arasında münaqişənin dərinləşəcəyi sirr deyil. Çünki rejim daxilində hökm sürən gərginliyin əsas səbəblərindən biri də Moskvadan oraya göndərilən və Qarabağ ermənilərinə heç bir aidiyyəti olmayan Ruben Vardanyanın təxribatçı hərəkətləri, Qərbin layihəsi olan Paşinyanın adamı Arayikin isə bununla barışmamasıdır. Yəni bu savaş həm də rusiyameyilli qüvvələrlə qərbmeylli qüvvələrin mübarizəsidir.
#Ruben Vardanyan teqi istifadə olunub
- AnewZ “Oliqarx sisteminin dizaynı”nı filmə çevirdi - Baku TV
- Ruben Vardanyanın terror təşkilatları ilə əlaqələri ifşa olundu
- Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib - Baku TV CANLI
- Vardanyanın məhkəməsində faciəvi hadisələrin detalları açıqlandı
- Vardanyan məhkəmədən nə xahiş etdi? - Zərərçəkənlərin ifadələri... - Baku TV
