Xarkovda dəhşət: uşaq bağçasına dron hücumu | Müharibədə gərginlik davam edir
Rusiya pilotsuz təyyarəsinin Ukraynanın şərqində yerləşən Xarkov şəhərində uşaq bağçasını vurması nəticəsində azı 1 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Hadisə zamanı 48 uşaq təxliyə edilərək təhlükəsiz əraziyə aparılıb.
Qeyd edək ki, Rusiyanın bundan əvvəlki zərbəsi ölkə ərazisində genişmiqyaslı elektrik kəsintisinə səbəb olmuşdu. Hücum zamanı isə 2-si uşaq olmaqla 6 nəfər həyatını itirib.
Əlavə edək ki, bu zərbə Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisinə edirdiyi növbəti böyük aviazərbələrdən biri olub.
Rusiya Müdafiə Nazirliyi də Ukraynanın hərbi-sənaye kompleksini təchiz edən enerji obyektlərinə irimiqyaslı zərbələr endirilməsi xəbərini təsdiqləyib. Nazirlik bu hücumların Ukraynanın Rusiya ərazisində mülki obyektlərə yönəlmiş hücumlarına cavab olaraq həyata keçirildiyini açıqlayıb. Əməliyyatda uzaqmənzilli, yüksəkdəqiqlikli raketlərlə yanaşı, pilotsuz uçuş aparatları və hipersəs ballistik raketlərinin də istifadə edildiyi bildirilib.
Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı verdiyi açıqlamada Rusiyanın gecə saatlarında ölkənin bir neçə bölgəsinə kütləvi hava hücumları həyata keçirdiyini bildirib.
#Rusiya Ordusu teqi istifadə olunub
- Putindən savaş xəbərdarlığı | Maduroya verilən vaxt doldu | Ukraynada sülh olacaq? - YENİ BİR SƏHƏR
- Rusiya Ordusu hava hücumuna keçdi | Ölən və yaralananlar var
- Cəbhədə gərginlik pik həddə | Rusiya MN-dən təcili açıqlama- CANLI
- “Bir qarış torpağımız da...” | Ukraynanın yeganə razı olduğu məsələ nədir?
- Yaşayış məntəqələrinə reaktiv silahlarla zərbələr endirildi
