Pleyeri seçin:
Xərçənglə bağlı yeni testlər necə nəticə verdi? | Nazirdən mühüm açıqlama
Qazaxıstanda xərçəngə qarşı yerli istehsal olan dərman hazırda 2-ci faza klinik sınaqdadır və onun qeydiyyatı ilin sonuna gözlənilir.
Bu barədə ölkənin elm və ali təhsil naziri Sayasat Nurbek açıqlama verib.
Bildirilib ki, 1-ci faza klinik sınaqlar keçən il tamamlanıb.
Təcrübədə iştirak edən xəstələrin sayı artıb. Keçən il dərman yalnız kolon xərçənginin müalicəsi üçün sınaqdan keçirilirdisə, hazırda bu prosedur bütün xərçəng növlərinin müalicəsi üçün həyata keçirilir.
Nazir əlavə edib ki, testlər yeni dərman müalicəsinin yaxşı nəticə verdiyini göstərir. Şişlərdə böyümə orta hesabla 30 faiz azalıb və dərman qəbul edən xərçəng xəstələrində irəliləyişlər müşahidə olunub.
Kopyalandı
#Xərçəng xəstəliyi teqi istifadə olunub
- Xərçəngə qarşı aparılan əməliyyatda qeyri-adi üsuldan istifadə edildi
- Xərçəngə qarşı fərdiləşdirilmiş vaksin uğurla sınaqdan keçirilib
- Xərçəng xəstəliyinin müalicəsi üçün yeni alət hazırlanıb
- Xərçəngə qarşı yeni nəsil peyvənd hazırlandı
- 102 xəstə üzərində sınaq keçirildi | Nəticələr gözləniləndən də yaxşı oldu
