Dünya
Pleyeri seçin:

Zelenski Bakıya gəlsə... | İrəvanla Moskvanın əlaqələri həmişəlik məhvə gedir?

26 fevral 2024 46 baxış

Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana səfəri Ermənistan və Rusiya arasında münasibətlərdə dönüş nöqtəsi ola bilər. Bunu rusiyalı politoloq Dmitri Suslov deyib.

O bildirib ki, Ukrayna liderinin gəlişinin Ermənistanın real maraqları ilə heç bir əlaqəsi ola bilməz: “Bu, çox güman ki, kollektiv Qərbin Rusiyanın Ermənistanın hazırkı rəhbərliyi ilə əlaqələrini birdəfəlik məhv etmək istəyindən xəbər verir”.

D.Suslovun fikrincə, Zelenskinin İrəvana səfəri Paşinyanın Rusiyadan Qərbə istiqamətlənmə siyasətinin zirvəsi olar:

“Başa düşmək lazımdır ki, son iki ildə Zelenski Baltikyanı ölkələr istisna olmaqla, heç bir postsovet ölkəsinə səfər etməyib. Heç birinə. O, nə Qazaxıstanda, nə Orta Asiya ölkələrində, nə Gürcüstanda, nə də Moldovada olub. Ona görə də onun Cənubi Qafqaz ölkələrinə gəlişi, necə deyərlər, bütün maskaların atılacağı siyasətin zirvəsi olardı.

Təbii ki, Zelenski faktiki olaraq təkcə İrəvana deyil, Bakıya da səfər edərsə, bu, mənfi təsiri bir qədər yumşaldacaq, amma onu tam aradan qaldırmayacaq. Ermənistan Azərbaycandan fərqli olaraq rəsmi olaraq Rusiyanın müttəfiqidir.

Ümumilikdə İrəvanla Moskvanın münasibətlərində hazırkı vəziyyət çox qeyri-müəyyəndir. Ticarət-iqtisadi sahədə ciddi və intensiv əməkdaşlıq davam edir, ticarət dövriyyəsi artır, Ermənistan Aİİ-yə sədrlik edir. Siyasət və təhlükəsizlik sferasında isə İrəvanın açıq şəkildə Rusiyanın opponentlərinin tərəfinə keçməsi müşahidə olunur. Bunu geri qaytarmaq hələ də mümkündür, lakin getdikcə çətinləşir. Zelenski İrəvana səfər edərsə, bu, geri dönüş nöqtəsinə çevriləcək və bu, Ermənistanın hazırkı rəhbərliyi ilə hansısa normallaşma ehtimalını əngəlləyəcək”.

Bu əməliyyat anonsu hamını çaşbaş qoydu | Hindistan-Pakistan gərginliyində son vəziyyət

Bu əməliyyat anonsu hamını çaşbaş qoydu | Hindistan-Pakistan gərginliyində son vəziyyət

Dünya
12 may 2025 46 baxış
Trampın cəhdləri nəticəsini verdi | Putin və Zelenski ortaq məxrəcə gəldi?

Trampın cəhdləri nəticəsini verdi | Putin və Zelenski ortaq məxrəcə gəldi?

Dünya
12 may 2025 46 baxış
Rusiya Şoyqudan qurtulmağa çalışır? - Bu müəmmalı hadisə əks-səda yaratdı

Rusiya Şoyqudan qurtulmağa çalışır? - Bu müəmmalı hadisə əks-səda yaratdı

Dünya
12 may 2025 46 baxış
Boliviyalıların ənənəvi musiqi festivalından görüntülər

Boliviyalıların ənənəvi musiqi festivalından görüntülər

Dünya
12 may 2025 46 baxış
“Uçan saray” niyə səs-küyə səbəb oldu? - Trampın 400 milyonluq oyuncağı

“Uçan saray” niyə səs-küyə səbəb oldu? - Trampın 400 milyonluq oyuncağı

Dünya
12 may 2025 46 baxış
Rusiya “KQB 2.0”ı  kimlərə qarşı qurub? - Bilinməyən faktlar ortaya çıxdı

Rusiya “KQB 2.0”ı kimlərə qarşı qurub? - Bilinməyən faktlar ortaya çıxdı

Dünya
12 may 2025 46 baxış
Tramp Kiyevi məcbur edir ki... | Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün şərt

Tramp Kiyevi məcbur edir ki... | Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün şərt

Dünya
12 may 2025 46 baxış
Qəzzada müharibəyə son qoyulacaq? - Ər-Riyadda Trampı razı salmağa çalışacaqlar ki...

Qəzzada müharibəyə son qoyulacaq? - Ər-Riyadda Trampı razı salmağa çalışacaqlar ki...

Dünya
12 may 2025 46 baxış
Çin orbitə yeni peyk buraxdı

Çin orbitə yeni peyk buraxdı

Dünya
12 may 2025 46 baxış
Ərdoğan məsuliyyəti üzərinə götürdü | Rusiya-Ukrayna müharibəsini taleyi həll edilir

Ərdoğan məsuliyyəti üzərinə götürdü | Rusiya-Ukrayna müharibəsini taleyi həll edilir

Dünya
12 may 2025 46 baxış
Seçilmişlər
icon