Zelenskinin səbirsizliklə gözlədiyi xəbər | Almaniyanın planı Rusiyanı özündən çıxaracaq
Almaniya Kansleri Fridrix Merts Rusiya aktivlərinin bundan sonra da dondurulmuş qalacağını və onların mümkün istifadəsi məsələsinin əlavə müzakirə tələb etdiyini bildirib.
F.Merts bunu Brüsseldə keçirilən Aİ sammitinin birinci günü ilə bağlı mətbuat konfransında qeyd edib.
“Dondurulmuş Rusiya aktivlərini müzakirə etməyə davam edəcəyik. Bu aktivlər dondurulmuş qalacaq. Faiz gəlirlərinin istifadəsi əvvəlki kimi davam edəcək. Bu baxımdan heç nə dəyişməyəcək”, ‒ Kansler deyib.
Merts əlavə edib ki, Avropa Komissiyası bu sahədə müxtəlif variantları nəzərdən keçirəcək, çünki mövcud məsələlər ciddi problemlər yaradır.
“Biz birgə hərəkət etməyə, bu məsələlərin həll yollarını axtarmağa razılaşmışıq. Əsas məqsədimiz gələn ildən Ukraynaya etibarlı maliyyə dəstəyini təmin etməkdir. Bu mövzuda qərarlar ilin sonunda qəbul ediləcək”, ‒ Merts bildirib.
O həmçinin qeyd edib ki, Rusiya aktivləri ilə bağlı Belçika hökuməti ilə əlaqədə olacaq.
#Fridrix Merts teqi istifadə olunub
- Fridrix Merts və İlham Əliyev arasında hansı məsələlər müzakirə olundu? - Baku TV
- Almaniyadan 35 milyard avroluq investisiya
- Avropa və BMT Ukraynanın ərazi bütövlüyünü qoruya biləcək?
- Ukrayna müharibənin taleyini dəyişəcək hücum üçün hazırlaşır? - ABŞ-nin planı isə...
- Almaniya Kansleri Ərdoğanla görüşdü
