Pleyeri seçin:
Ağdam və Ağdərə ərazilərində davam edən yanğın mina partlayışları ilə müşayiət olunur
Ağdam və Ağdərə rayonlarında geniş ərazilərdə yanğın baş verib.
Ağdamın Əlağalı, Qaralar, Qazançı kəndlərində başlayan yanğın Ağdərənin Sırxavənd kəndinə qədər yayılıb.
Kol bitkiləri və quru ot örtüyünün yanması nəticəsində alov daha da geniş ərazilərə doğru irəliləyib.
Hazırda yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Ağdamdan iki yanğınsöndürən maşını və işçi qüvvələri, Xocalı və Ağdərədən hər birindən bir maşın və işçi qüvvə cəlb olunub.
Yanğın baş verən ərazilərdə ardıcıl olaraq üç dəfə mina partlayışı baş verib. Ərazinin dağlıq relyefi olduğu üçün ümumilikdə 50 nəfər şəxsi heyət xüsusi vasitələrlə yanğının meşə ərazisinə keçməsinin qarşısını almağa çalışır.
Kopyalandı
#Ağdam teqi istifadə olunub
- 29 ailə doğma yurduna qayıtdı
- Azərbaycanın ən böyük avtomobil bazarının yeri dəyişdirilir - CANLI
- Ağdamda növbəti əmək yarmarkası
- Prezident Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım etdi
- Qarakənd faciəsindən 34 il ötür | Kiyevi silkələyən tufan | Nüvə gərginliyi artır | YENİ BİR SƏHƏR
