Avtomobil körpüdən çaya aşdı, sərnişin öldü
Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Lənkəran-Boradigah yolunun Separadi kəndi ərazisində qeydə alınıb.
Belə ki, Masallı rayonunun Mahmudavar kənd sakini Sultan İlkin oğlu Hacıyev "Hyundai Sonata" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol kənarındakı rabitə dirəyinə, daha sonra körpünün dəmir konstruksiyasına çırpılıb. Avtomobil təxminən 20 metr hündürlükdən çaya aşıb.
Qəza nəticəsində sərnişin, Masallı rayonunun Mahmudavar kənd sakini, 25 yaşlı Ümid Nicat oğlu Möhübbətov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ətrafdakı insanların köməyi ilə sudan çıxarılaraq təcili tibbi yardım vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin Ümid Möhübbətov aldığı ağır xəsarətlər səbəbindən xəstəxanada həyatını itirib. Sürücünün vəziyyətinin isə ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
#Lənkəran teqi istifadə olunub
- Lənkəranda torpaq sürüşməsi baş verib | Sakinlər çətin vəziyyətə düşüb - Baku TV
- "Buna nə deyəcəklər?!" - Dənizin sahilində qəribə mənzərə | "Hamısı zəhərlənib" - Baku TV
- Ağır qəzanın baş verdiyi yerdən görüntülər
- Maşın kanala aşdı, 6 nəfər xəsarət aldı
- "Yaxşı hal deyil" | Lənkəranda çöl quşları müəmmalı səbəbdən tələf olub- Baku TV
