Cəbrayıl polisindən əməliyyat | Saxlanılan var
Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbir nəticəsində narkotik vasitələr və psixotrop həb aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumat görə, Cəbrayıl RPŞ-nin əməkdaşlarının məcburi köçkünlər üçün inşa edilmiş 4 saylı qəsəbə ərazisində keçirdiyi əməliyyat tədbiri ilə Sabirabad rayon sakini Mirhüseyn Ağayev saxlanılaraq şöbəyə gətirilib.
O, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə əlindəki sellofan torbaya müvafiq qaydada baxıṣ keçirilib. Baxış zamanı 2 kiloqram 100 qram marixuana, 1 kiloqram 800 qram tiryək, 940 ədəd metodon həbi və beşbarmaq, həmçinin üzərindən heroin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
#Cəbrayıl teqi istifadə olunub
- Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salındı - Baku TV
- BP rəsmisi azad olunan ərazilərdə gördükləri işlərdən danışdı - Baku TV
- "Şəfəq" GES-in enerji sisteminə inteqrasiyası üçün irihəcmli işlər həyata keçirilir - Baku TV
- Növbəti köç karvanları Xocalı və Cəbrayıla yola salındı
- Cəbrayılda və Zəngilanda bərpa işlərini bu dəfə səfirlər qiymətləndiriblər
