Heydər Əliyev prospektindəki qəzada yaralananların vəziyyəti | Yeni detallar
Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində bir nəfər xəsarət alıb.
Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə BYD markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib.
Hadisə nəticəsində Ələsgər Qayıbov küçəsi ilə hərəkətdə olan BYD markalı avtomobil Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olan "Ford" markalı avtomobilə çırpılıb. BYD-nin sürücüsü, 51 yaşlı Anar Nəcəfov xəsarət alıb. Əraziyə DYP əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata əsasən, yol-nəqliyyat hadisəsi zamanı Sabunçu Tibb Mərkəzinə iki nəfər hospitalizasiya olunub.
"Döş qəfəsinin əziyi diaqnozu təyin edilən 1976-cı il təvəllüdlü qadın cinsli şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicəyə buraxılıb. 1974-cü il təvəllüdlü kişi cinsli şəxsə sol dizin kəsilmiş yarası diaqnozu təyin edilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir", – deyə məlumatda bildirilib.
#Nizami rayonu teqi istifadə olunub
- Vətəndaşlar ayağa qalxdı | MTK-nın cavabı nə oldu? - Baku TV
- Bakıda irigövdəli ağac maşının üzərinə aşdı | Xəsarətalan var - Baku TV
- Quldurluqda şübhəli bilinən 55 yaşlı şəxs barəsində həbs qətimkan tədbiri seçilib
- "Ondan sonra kimsə gəlmədi" | Bakıda 39 yaşlı kişini belə öldürdülər - Baku TV
- Bakıda şadlıq evində toy zamanı qorxulu anlar yaşandı
