Moskvada PUA hücumu zamanı yaralanan şəxsin atası danışdı - Baku TV
İyunun 18-də Moskvanın “Sadovod” bazarına düşən dron qəlpələri Azərbaycan vətəndaşları, Şəki rayonunun Kiçik Dəhnə kənd sakinləri İslam Süleymanov və Elnur Nəbiyevin xəsarət almasına səbəb olub.
Yaralılar Moskva şəhərində yerləşən 36 saylı xəstəxanaya yerləşdiriliblər. Hazırda yaralılardan Elnur Nəbiyev evə buraxılsa da, İslam Süleymanovun müalicəsi xəstəxanada davam edir.
İslam Süleymanovun atası Qabil Süleymanovun sözlərinə görə, oğlu ailəsini dolandırmaq üçün bir müddətdir Moskvada işləyir. Hadisə zamanı bazarda mal boşaltmağa gedərkən dron qəlpələrinin yaxınlığa düşməsi nəticəsində xəsarət alıb.
“Zədəsi çoxdur. Demək olar ki, bədəninin hər yerində yarası var. Qulağının pərdəsi də partlayıb”, – deyə o bildirib.
Qeyd edək ki, iyunun 18-i səhər saatlarında Ukrayna Moskvaya kütləvi dron hücumu həyata keçirib. Nəticədə Moskvanın cənub-şərqində yerləşən neft emalı zavodunda və onun yaxınlığındakı “Sadovod” ticarət mərkəzində yanğın baş verib. Dronlardan biri zavoda çırpılıb, nəticədə ticarət mərkəzinə böyük ziyan dəyib.
#Moskva teqi istifadə olunub
- Rusiya paytaxtında gərginlik: PUA hücumundan sonra strateji zavod bağlandı - 24 SAAT
- Moskvada fövqəladə vəziyyət | Rusiya-Ukrayna müharibəsində yeni mərhələ - Baku TV
- Moskvada güclü leysan yağışları ciddi fəsadlar törətdi - Baku TV
- Moskvaya kütləvi PUA hücumu: Ölən və yaralananlar var
- "Roskomnadzor" rəhbərliyinə qarşı hücumun qarşısı alındı - Baku TV CANLI
