Pleyeri seçin:
SOCAR ixrac istiqamətlərini genişləndirir | Pilot müqavilənin detalları
Dövlət Neft Şirkəti Slovakiyanın dövlətə məxsus ən böyük enerji təchizatçısı – SPP şirkətinə təbii qaz tədarükünə başlayıb.
Bu barədə SOCAR məlumat yayıb.
Məlumata əsasən, qaz təchizatı SOCAR və SPP arasında qısamüddətli pilot müqavilə əsasında reallaşdırılan əməkdaşlıq çərçivəsində həyata keçirilir. Şirkətlər daha uzunmüddətli enerji tərəfdaşlığını inkişaf etdirməyi hədəfləyir.
Qaz təchizatları sayəsində SOCAR öz ixrac istiqamətlərini şaxələndirməyə davam edir. Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya və Şimali Makedoniya ilə birlikdə Slovakiya Azərbaycan qazını alan 12-ci ölkədir.
Kopyalandı
#SOCAR teqi istifadə olunub
- Gənc media nümayəndələri üçün yeni sessiya başladı: Layihənin əsas məqsədi nədir? - Baku TV
- "Apollo" TANAP üzrə SOCAR-la sazişin detallarını açıqladı | Nə qədər vəsait yatırılıb? - Baku TV
- SOCAR-ın “Yaşıl” təyinatlı istiqrazları üzrə 5-ci faiz ödənişi edilib - Baku TV
- Metanın emissiyalarının azaldılması üçün birgə fəaliyyət müzakirə olunub - Baku TV
- SOCAR-ın idarə rəisi beynəlxalq konfransda çıxış edib - Baku TV
