Pleyeri seçin:
ABŞ administrasiyasına görə dərindən məyus olmuşuq | İlham Əliyev
“ABŞ-də prezident seçkilərinin nəticələrindən asılı olmayaraq, mən səmimi deyirəm ki, anti-Azərbaycan fəaliyyətin bir hissəsi prezident seçkiləri ilə bağlıdır. Onlar ermənilərin səslərini qazanmaq istəyirlər”.
Bu fikirləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında səsləndirib.
“Ona görə də zənnimcə, məqsəd məhz elə bundan ibarət idi. Mən tamamilə obyektiv olmağa çalışıram. Ümid edirəm ki, seçkidən sonra ABŞ-də və Avropada Azərbaycan haqqında, bizim potensialımız, rolumuz haqqında daha yaxşı anlayış olsun”, – deyə dövlət başçısı əlavə edib.
Kopyalandı
![icon](/images/loading.png)