Siyasət
Pleyeri seçin:

Müdafiə Nazirliyi Ermənistanın növbəti təxribatı barədə bəyanat yaydı

25 iyul 2024

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın növbəti təxribatı barədə bəyanat yayıb.

Bəyanatda deyilir: "Azərbaycan Müdafiə Nazirliyi son günlərdə Ermənistanın Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətməsi barədə məlumatlar verib. Qeyd edək ki, Ermənistan tərəfindən bu kimi təxribatların törədilməsi birinci hal deyil və davamlı xarakter daşıyır. Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən "Avropa Sülh Fondu" adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardım göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir".

"Müdafiə Nazirliyi bir daha xəbərdarlıq edir ki, Ermənistan və onun havadarları Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətindən çəkinməlidir. Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcək. Bildirilir ki, regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin, onun havadarlarının üzərinə düşəcək", – deyə Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.

İlham Əliyev Ermənistandan Qərbi Azərbaycanla bağlı dəqiq layihə tələb edir

İlham Əliyev Ermənistandan Qərbi Azərbaycanla bağlı dəqiq layihə tələb edir

Siyasət
25 iyul 2024
Ermənistan ya qəbiristanlıq olacaq, ya da heç… | Petrosyandan qalmaqallı sözlər

Ermənistan ya qəbiristanlıq olacaq, ya da heç… | Petrosyandan qalmaqallı sözlər

Siyasət
25 iyul 2024
Ermənistan vilayətə çevrilə bilər? - Poqosyandan gözlənilməz açıqlama

Ermənistan vilayətə çevrilə bilər? - Poqosyandan gözlənilməz açıqlama

Siyasət
25 iyul 2024
Paşinyan ölkəsini nələrin gözlədiyini bilsəydi... | Rusiyalı politoloq Qərbin planından danışdı

Paşinyan ölkəsini nələrin gözlədiyini bilsəydi... | Rusiyalı politoloq Qərbin planından danışdı

Siyasət
25 iyul 2024
Məzahir Pənahovdan deputatlığa namizəd olan şəxslərlə bağlı açıqlama

Məzahir Pənahovdan deputatlığa namizəd olan şəxslərlə bağlı açıqlama

Siyasət
25 iyul 2024
Rusiya, Azərbaycan və Ermənistana bu dəfə bunu təklif etdi | Öhdəliyimiz var...

Rusiya, Azərbaycan və Ermənistana bu dəfə bunu təklif etdi | Öhdəliyimiz var...

Siyasət
24 iyul 2024
Ayxan Hacızadə Zaxarovaya cavab verdi | Rusiya Azərbaycana nə təklif etdi?

Ayxan Hacızadə Zaxarovaya cavab verdi | Rusiya Azərbaycana nə təklif etdi?

Siyasət
24 iyul 2024
“Abdalağalı, Abdulabad, Abdulkənd, Abbaslar, Abbas dərəsi, Abbas biçənək - Türk tarixinin izi”

“Abdalağalı, Abdulabad, Abdulkənd, Abbaslar, Abbas dərəsi, Abbas biçənək - Türk tarixinin izi”

Siyasət
24 iyul 2024
Bakı şəhər Baş Polis İdarəsində tədbir | Layihənin məqsədi açıqlandı

Bakı şəhər Baş Polis İdarəsində tədbir | Layihənin məqsədi açıqlandı

Siyasət
24 iyul 2024
İlham Əliyev Olimpiya çempionları ilə bağlı fərman imzaladı

İlham Əliyev Olimpiya çempionları ilə bağlı fərman imzaladı

Siyasət
24 iyul 2024
Seçilmişlər
icon