Akopyanın sözləri erməniləri qəzəbləndirəcək: Paşinyan bu halda nə etsin?
“Ermənistan 10 noyabr 2020-ci il Bəyanatının 9-cu bəndinə əsasən, Bakının dediyi kimi, Zəngəzur dəhlizini açması barədə üzərinə öhdəlik götürüb və bunu icra etməlidir.
Problem ondadır ki, 10 noyabr Bəyanatının 9-cu bəndinin tələbinə əsasən, Zəngəzur dəhlizi Ermənistanın suveren ərazisi olmayacaq. Ekstraterritorial yol olacaq. Azərbaycan da davamlı olaraq bunu deyir”.
Bunu “Hraparak”a açıqlamasında erməni siyasi texnoloq Vigen Akopyan Zəngəzur dəhlizi ilə bağlı məsələni şərh edərkən deyib.
“Nikol Paşinyanın da imzaladığı 10 noyabr sənədinə görə, orada açıq-aydın yazılıb ki, bu yol suveren yoldur, lakin yola Rusiya sərhəd qoşunları nəzarət edəcək”, – V.Akopyan bildirib.
Onun sözlərinə görə, burada Naxçıvanı Azərbaycan əraziləri ilə birləşdirməli olan kommunikasiyaların açılması və təhlükəsiz nəqliyyatın təmin edilməsi haqqında 10 noyabr tarixli Bəyanatın 9-cu bəndinə istinad edilir.
“Yeri gəlmişkən, məlum olsa ki, 10 noyabr sənədinin 9-cu bəndi yerinə yetirilir, istər Zəngəzur dəhlizi, istər Meğri marşrutu, istərsə də N.Paşinyan yolu nə adlandırılmasından asılı olmayaraq rusların nəzarətində olacaq.
Belə çıxır ki, Qarabağ ona görə təslim edilib ki, Nikol Paşinyan uzun müddət rusları biabır etmək və 10 noyabr sənədinin 9-cu bəndində nəzərdə tutulanı verməmək istəyirdi. Məlum olub ki, uzun müddət ruslarla konfliktə girən N.Paşinyan sırf noyabrın 10-da imzalanan sənədin 9-cu bəndini qəbul etməmək üçün Qərblə birlikdə oyunbazlıqla məşğul olub.
Amma son nəticədə Nikol Paşinyan bu yolun açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi həyata keçirməlidir. Belə çıxır ki, nəticə eyni olub, sadəcə olaraq, Nikol Paşinyanın cahil geosiyasi hərəkətləri nəticəsində vaxt itirildi. Amma əvvəl-axır 10 noyabr sənədinin 9-cu bəndi qüvvəyə minəcək”, – V.Akopyan bildirib.