Avropa İttifaqı Şurasının Prezidenti İlham Əliyevə zəng etdi | Detallar açıqlandı
Avqustun 14-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Prezident İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Antonio Koşta Vaşinqtonda Azərbaycanla Ermənistan arasında ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin imzalanması, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanması və regional nəqliyyat dəhlizi ilə əlaqədar əldə olunan nailiyyətlər münasibətilə dövlət başçısını təbrik edib.
Avropa İttifaqı Şurasının Prezidenti bu nəticələrin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından önəmini vurğulayıb. O, Avropa İttifaqının əldə edilən razılaşmaların həyata keçirilməsi prosesinə dəstək verməyə hazır olduğunu bildirib.
Təbriklərə görə minnətdarlığını ifadə edən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin təşəbbüskarının və sülh müqaviləsinin mətninin müəllifinin məhz ölkəmiz olduğunu xatırladıb.
Vaşinqtonda əldə olunan nailiyyətlərin əhəmiyyətini vurğulayan dövlət başçısı bu məsələdə ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edib.
Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz nəqliyyat bağlantısı üzrə razılaşmanın önəminə toxunub.
Telefon söhbəti zamanı bu ilin mayında Tiranada “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısı çərçivəsində İlham Əliyevin Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü, aparılmış müzakirələr məmnunluqla xatırlanıb.
Dövlət başçısı və Antonio Koşta Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentlər Əbu-Dabidə "Sülh Qalxanı-2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər - Baku TV
- İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü oldu - Baku TV
- Azərbaycan və Özbəkistan əməkdaşlığı | Rusiya Zəngəzur dəhlizinə qoşulacaq? - YENİ BİR SƏHƏR
- Azərbaycanla BƏƏ arasında enerji və müdafiə sahələrində sənədlər imzalanıb - Baku TV
- İlham Əliyevin BƏƏ Prezidenti ilə görüşü olub - Baku TV
