Avropa sammitinin əhəmiyyəti nədən ibarətdir?
“Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı bizim gücümüzün, həmrəyliyimizin, ümumi problemləri həll etmək üçün bir ailə kimi fəaliyyət göstərməyimizin bariz nümunəsidir. Bu sammitin keçirilməsi dünya gündəmindəki aktual problemlərin müzakirəsi və onların aradan qaldırılması yollarının tapılması baxımından mühüm platforma yaradır”.
Bunu Moldova Prezidenti Maya Sandu “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısının açılışında deyib. “Yaxın bir neçə saat ərzində Rusiyanın Ukraynaya təcavüzü, enerji və iqlim böhranı, həmçinin digər məsələlərlə bağlı strateji müzakirələr aparacağıq”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, indiki şəraitdə Avropada həmrəylik həmişəkindən daha vacibdir: “Biz ərazi bütövlüyü prinsiplərinin əhəmiyyətini itirməsi ilə razılaşa bilmərik. Biz daha güclü Avropa qurmaq üçün birlikdə çalışmalıyıq. Birlikdə daha çox şeyə nail ola bilərik”.