Pleyeri seçin:

Azad edilən 32 erməni hərbçisinin kimliyi bəlli oldu

07 dekabr 2023 710 baxış

Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılan danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq 2 ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

Ermənistana qaytarılan hərbçilərin adları məlum olub. Onlardan 26-sı Hadrut istiqamətində həyata keçirilmiş antiterror tədbirləri zamanı həbs edilmiş şəxslərdir.

Həmin şəxslərin adları bunlardır: 1. Avakyan Hraç Arzumanoviç, 2. Serobyan Geqam Samveloviç, 3. Hovanesyan Haykaz Koryunoviç, 4. Tosunyan Levon Aşotoviç, 5. Baqdasaryan Artur Eduardoviç, 6. Stepanyan David Stepanoviç, 7. Herabyan Hrayr Hraçoviç, 8. Mikaelyan Andranik Vazgenoviç, 9. Avakyan Serop Surenoviç, 10. Kostanyan Narek Aqaoviç, 11. Harutyunyan Varazdat Seryojeviç, 12. Martoyan Manuk Hovanesoviç, 13. Vardanyan Arsen Araikoviç, 14. Dilanyan Arman Vazgenoviç, 15. Tadevosyan Hrayr Vardanoviç, 16. Bahrikyan Vahagan Edikoviç, 17. Aramyan Karen Armenoviç, 18. Sukiasyan Andranik Srapoviç, 19. Martirosyan Gevorg Samveloviç, 20. Kirakosyan Eduard Armeni, 21. Gevorkyan Robert Hovikoviç, 22. Yegiazaryan Sasun Seyranoviç, 23. Hakopyan Volodya Qaqikoviç, 24. Avakyan Tiqran Manikoviç, 25. Saqatelyan Qriqor Seyranoviç, 26. Avetisyan Vaqarşak Aşotoviçdir.

Həmçinin Müxtəlif vaxtlarda Azərbaycan-Ermənistan sərhədi, habelə “Laçın” sərhəd-buraxılış məntəqəsində tutulmuş 6 nəfər: 1. Rafaelyan Vladimir Otari , 2. Sarqsyan İşxan Aşoti, 3. Ovagimyan Arutyun Yurikoviç, 4. Kazaryan Karen Aşotoviç, 5. Voskanyan Qagik Aşoti, 6. Eulcekcian Viken Abraham geri qaytarılır.

Ermənistana qaytarılması nəzərdə tutulan 32 nəfərlik siyahıya Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törədən qondarma rejimin rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi şəxslər daxil deyil və ola da bilməz.

Bu addım Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan insanına, ölkə vətəndaşlarına, hərbçilərə verdiyi dəyərin, əsirlikdə olan şəxslərin yaxınlarının hisslərinə şərik olmasının bariz nümunəsidir.

Xüsusilə vurğulanmalıdır ki, bu razılaşma Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılan birbaşa danışıqlar nəticəsində əldə olunub və heç bir 3-cü ölkə tərəfindən vasitəçilik edilməyib. 

Dünya yenidən bölüşdürülür: Azərbaycan bu oyunda haradadır? - AKTUAL GÜNDƏM

Dünya yenidən bölüşdürülür: Azərbaycan bu oyunda haradadır? - AKTUAL GÜNDƏM

Siyasət
26 sentyabr 2026 710 baxış
İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - Baku TV

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - Baku TV

Siyasət
26 sentyabr 2026 710 baxış
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Baku TV

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Baku TV

Siyasət
26 sentyabr 2026 710 baxış
Prezidentin iştirakı ilə 11 sənədin mübadiləsi mərasimi keçirildi - Baku TV

Prezidentin iştirakı ilə 11 sənədin mübadiləsi mərasimi keçirildi - Baku TV

Siyasət
26 sentyabr 2026 710 baxış
“Minkənd” KSES-in açılışı olub, “Tekstil Klasteri” üzrə istehsal müəssisəsinin təməli qoyulub

“Minkənd” KSES-in açılışı olub, “Tekstil Klasteri” üzrə istehsal müəssisəsinin təməli qoyulub

Siyasət
26 sentyabr 2026 710 baxış
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib

Siyasət
26 sentyabr 2026 710 baxış
“Bir çoxları Azərbaycandan idxal etməli olur, buna görə də...” | Prezident - Baku TV

“Bir çoxları Azərbaycandan idxal etməli olur, buna görə də...” | Prezident - Baku TV

Siyasət
26 sentyabr 2026 710 baxış
"Burada çox böyük potensial var" | Prezident investorları maraqlandıran sahələrdən danışdı - Baku TV

"Burada çox böyük potensial var" | Prezident investorları maraqlandıran sahələrdən danışdı - Baku TV

Siyasət
26 sentyabr 2026 710 baxış
Bakı müxtəlif ölkələrin nümayəndələrini beynəlxalq forumda bir araya gətirib - Baku TV

Bakı müxtəlif ölkələrin nümayəndələrini beynəlxalq forumda bir araya gətirib - Baku TV

Siyasət
26 sentyabr 2026 710 baxış
"Yeni müqavilələr imzalanıb" | Prezident İlham Əliyev ixrac məsələsindən danışdı - Baku TV

"Yeni müqavilələr imzalanıb" | Prezident İlham Əliyev ixrac məsələsindən danışdı - Baku TV

Siyasət
26 sentyabr 2026 710 baxış
Seçilmişlər
icon