"Yeni müqavilələr imzalanıb" | Prezident İlham Əliyev ixrac məsələsindən danışdı - Baku TV
“Güclü elektrik potensialına malik olduğumuz üçün iki istiqamətə baxırıq. İlk növbədə, bunu daxildə necə maksimal istifadə edə bilərik – süni intellekt və data mərkəzlərinin yaradılması üçün. İkincisi isə bunu necə ixrac edə bilərik. Bizdə müəyyən ixrac xətləri var, amma bu, yetərli deyil. Hazırda yeni ötürmə xətləri yaradırıq və mövcud xətləri genişləndiririk. Bu da, əlbəttə ki, iqtisadi inkişafın gələcəyi üçün çox önəmli bir hissə ola bilər”.
Bu sözləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna dair tədbirdə çıxışı zamanı deyib.
Dövlət başçısı mədən sənayesinin də Azərbaycanın iqtisadi inkişafında mühüm potensiala malik olduğunu bildirib: “Bir neçə gün öncə mədən sənayesi üzrə dövlət proqramı qəbul olunub. Bu proqramda bir çox tədbirlər nəzərdə tutulur. Bunlar bizim inkişafımızın əsas istiqamətləridir”.
Prezident İlham Əliyev neft-qaz sektorunun da ölkə iqtisadiyyatında mühüm rol oynamaqda davam edəcəyini vurğulayıb: “Neft və qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir, böyük bir rifah yaradacaq və əldə olunan gəlirlər yenidən investisiya olunacaq”.
#İlham Əliyev teqi istifadə olunub
- İqtisadi sahədə ölkəmiz üçün prioritetlər | "Uzun müddətdir ki, bunun üzərində işləyirik" - Baku TV
- "Beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" | İlham Əliyev - Baku TV
- "Özümüzü nə qədər tərifləsək..." | Prezidentin iştirak etdiyi forumda diqqətçəkən anlar - Baku TV
- II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda hansı məsələlər müzakirə olundu? - Baku TV
- "Bu, Azərbaycanda qaz istehsalını artıracaq" | Prezident tədbirdə nələri açıqladı? - Baku TV
