Pleyeri seçin:

Azərbaycan XİN Cozef Borelin bəyanatına cavab verdi

27 iyul 2023 148 baxış

Azərbaycan tərəfi Avropa İttifaqının bölgədə sülh və sabitliyin bərqərar olması, Ermənistanla sülh prosesi üzrə danışıqlara verdiyi dəstəyi yüksək qiymətləndirir. Buna baxmayaraq, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borelin erməni tərəfinin yaydığı saxta təbliğat və siyasi manipulyasiyalara əsaslanaraq iyulun 26-da verdiyi bəyanatda bölgədə vəziyyətə dair sərgilədiyi yanaşma təəssüf doğurur.

Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqının ali nümayəndəsi Cozef Borelin bölgədə vəziyyət barədə bəyanatına belə münasibət bildirib.

“2020-ci ildə 44 günlük müharibədən sonra Azərbaycanın milli təhlükəsizliyinə, ərazi bütövlüyünə və suverenliyinə təhdid olmaqda davam edən erməni silahlı qüvvələrinin ərazilərimizdən tam çıxarılmaması ilə yanaşı, Laçın yolundan istifadə etməklə Ermənistanın qeyri-qanuni fəaliyyətlər aparmasına, Azərbaycan ərazilərinə silah-sursat, eləcə də mina daşınmasına, Azərbaycanın təbii sərvətlərinin Ermənistana aparılmasına, Azərbaycan tərəfinin etirazlarına heç zaman məhəl qoyulmaması və gördüyü legitim tədbirlərin Laçın yolunun bağlanması kimi təqdim edilməsi kökündən yanlışdır”, – deyə XİN sözçüsü Ayxan Hacızade qeyd edib.

Nazirliyin rəsmisi bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsinin məlum qərarının açıq-aydın şəkildə yanlış şərh edilməsinin heç bir nəticə verməyəcəyi aydın olmalıdır. Azərbaycanın öz sərhədlərinə nəzarət etmək hüququnu bir daha təsdiq edən və Ermənistanın “Laçın” sərhəd nəzarət buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbinin əsassız olduğunu sübut edən 6 iyul tarixli qərar bir daha göstərib ki, Azərbaycanın öz təhlükəsizliyini qoruması legitim tədbirdir.

Ayxan Hacızadə qeyd edib ki, Laçın buraxılış məntəqəsinə qarşı iyunun 15-də silahlı hücuma, qaçaqmalçılıq cəhdlərinə, eləcə də iyulun 26-da humanitar yük adı altında avtomobil karvanları göndərilməsi təxribatına baxmayaraq, Azərbaycan tərəfi bölgədə fəaliyyət göstərən BQXK ilə əməkdaşlığını davam etdirərək erməni sakinlərin tibbi məqsədlə keçidini təşkil edib, komitə vasitəsilə tibbi yüklərin gətirilməsinə imkan yaradıb. Daha böyük yüklərin Azərbaycan ərazisinə gətirilməsinə gəlincə, Ermənistandan irəli gələn təhdidlər nəzərə alınmaqla rəsmi Bakı “Ağdam-Xankəndi” və digər alternativ yollardan istifadə edilməsi təklifi ilə çıxış edib.

“Bu təklifin Avropa İttifaqı, BQXK daxil, beynəlxalq tərəfdaşlar tərəfindən müsbət qarşılanmasına baxmayaraq, Ermənistanın və özlərini yerli erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslərin buna mane olması, yolları bağlayaraq yüklərin daşınmasının qarşısını alması, “gərgin humanitar vəziyyət” barədə spekulyasiyaların siyasi manipulyasiyadan başqa bir şey olmadığını sübut edir”, – deyə XİN-in məlumatında vurğulanıb.

Sonda bildirilib ki, Azərbaycan beynəlxalq öhdəliklərinə sadiq olmaqla yanaşı, öz ərazisində qeyri-qanuni fəaliyyətlərə legitimlik qazandırılması cəhdlərinin qarşısını qətiyyətlə alacaq.

Qarabağ Universitetində daha bir fakültənin təməli qoyulub

Qarabağ Universitetində daha bir fakültənin təməli qoyulub

Siyasət
23 dekabr 2025 148 baxış
Baharlı və Bahar bəyin bağları - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Baharlı və Bahar bəyin bağları - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
23 dekabr 2025 148 baxış
İlham Əliyev Ağdamda bir sıra açılışlarda iştirak edib - Baku TV

İlham Əliyev Ağdamda bir sıra açılışlarda iştirak edib - Baku TV

Siyasət
23 dekabr 2025 148 baxış
Prezidentin Kərkicahana səfərindən görüntülər

Prezidentin Kərkicahana səfərindən görüntülər

Siyasət
23 dekabr 2025 148 baxış
Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binası əsaslı təmirdən sonra istifadəyə verilib

Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binası əsaslı təmirdən sonra istifadəyə verilib

Siyasət
23 dekabr 2025 148 baxış
Millət vəkili həkimlərin hərbi xidmətindən danışdı

Millət vəkili həkimlərin hərbi xidmətindən danışdı

Siyasət
23 dekabr 2025 148 baxış
İlham Əliyev “Xankəndi-1” elektrik yarımstansiyasının açılışında iştirak edib - Baku TV

İlham Əliyev “Xankəndi-1” elektrik yarımstansiyasının açılışında iştirak edib - Baku TV

Siyasət
23 dekabr 2025 148 baxış
Prezident İlham Əliyev ovaxtkı rəhbərliyin qorxaqlığından danışdı

Prezident İlham Əliyev ovaxtkı rəhbərliyin qorxaqlığından danışdı

Siyasət
23 dekabr 2025 148 baxış
Prezident İlham Əliyev Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşüb

Prezident İlham Əliyev Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşüb

Siyasət
23 dekabr 2025 148 baxış
Prezident İlham Əliyev Kərkicahana köçən sakinlərlə görüşüb

Prezident İlham Əliyev Kərkicahana köçən sakinlərlə görüşüb

Siyasət
23 dekabr 2025 148 baxış
Seçilmişlər
icon