Pleyeri seçin:

Baqdasaryan kəndlərin qaytarılmasından danışdı | Azərbaycanın xəritə tələbi

16 yanvar 2024 88 baxış

“1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycan özünü Sovet Azərbaycanının varisi deyil, Azərbaycan Demokratik Respublikasının varisi elan etdi. Onun sərhədləri Sovet İttifaqındakından tamamilə fərqli olmalıdır”.

Bu sözləri politoloq Armen Baqdasaryan erməni mediasına geniş müsahibəsində deyib.

O iddia edib ki, İlham Əliyevin son müsahibəsini Almatı bəyannaməsi ilə razılaşmadan imtina etməsi kimi qəbul etmək olar:

“Azərbaycan 2022-ci ildə Praqada, 2023-cü ilin iyulunda Brüsseldə buna şifahi razılıq verəndə bunu ona görə etdi ki, o vaxt hələ də “erməni Qarabağı” var idi və orada erməni əhali yaşayırdı.

Həmin vaxt İ.Əliyev Almatı bəyanatı ilə razılığa gəlməli idi ki, Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanısın. İndi artıq erməni əhalisi olmayanda İ.Əliyev təbii olaraq Almatı bəyanatı ilə bağlı razılaşmadan imtina edir”.

“İ.Əliyev elan etdi ki, Azərbaycanın birinci respublikasının sərhədləri bərpa olunmalıdır. Lakin bu, Azərbaycanın SSRİ-yə daxil olduğu sərhədlər deyil, o, başqa sərhədlərdən danışır. Bu hansı təhlükələrə səbəb olur?” sualına A.Baqdasaryan bu cür cavab verib:

“Bunun təhlükəsi ondan ibarətdir ki, Azərbaycan Sovet Ermənistanının sərhədləri daxilində Ermənistanın ərazi bütövlüyünü tanımaq fikrində deyilsə, istənilən əlverişli məqamda sərhədlərini təsəvvür etdiyi kimi bərpa etməyə çalışacaq.

Azərbaycan isə Zəngəzuru Azərbaycanın bir hissəsi kimi təsəvvür edir. Düzdür, Naxçıvan Ermənistanın bir hissəsi idi, lakin bunlar çox mübahisəli xəritələr, çox mübahisəli, beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməyən və qeydə alınmayan sərhədlər idi. Yəni Azərbaycanın o ritorikasının mənası var”.

O bildirib ki, Azərbaycanın “Azərbaycandan Azərbaycana yol prinsipi”, əslində, eksterritorial yol tələbidir:

“Üstəlik, təhlükə ondan ibarətdir ki, onlar anklavlar məsələsində də eyni mexanizmi tələb edirlər – həmin 3 anklavla birləşdirilən yollara da Ermənistan tərəfindən nəzarət olunmaması. Azərbaycan 8 deyir, əslində isə Ermənistan ərazisində Azərbaycanın 3 eksklavı var – Tavuşda 2, Vedidə (Ararat) 1”.

O xatırladıb ki, Azərbaycanın eksklavları yollarla birlikdə qaytarılsa, Ermənistanın şimalda Gürcüstana, cənubda İrana gedən yolları tam şəkildə Azərbaycanın nəzarətinə keçəcək.

Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV

Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV

Siyasət
20 dekabr 2025 88 baxış
Azərbaycan silahlarında Quran ayələri nə üçün yer alır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Azərbaycan silahlarında Quran ayələri nə üçün yer alır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
20 dekabr 2025 88 baxış
Humanitar böhrana göz yumanlar qəzzalıların soyqırımını davam etdirirlər? - ANALİTİK BAXIŞ

Humanitar böhrana göz yumanlar qəzzalıların soyqırımını davam etdirirlər? - ANALİTİK BAXIŞ

Siyasət
20 dekabr 2025 88 baxış
Azərbaycan və Monteneqro arasında dialoq genişlənir | Ceyhun Bayramovdan açıqlama - Baku TV

Azərbaycan və Monteneqro arasında dialoq genişlənir | Ceyhun Bayramovdan açıqlama - Baku TV

Siyasət
20 dekabr 2025 88 baxış
Azərbaycan və Monteneqro arasında turizm imkanları artır

Azərbaycan və Monteneqro arasında turizm imkanları artır

Siyasət
20 dekabr 2025 88 baxış
Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI

Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI

Siyasət
20 dekabr 2025 88 baxış
Azərbaycan və Monteneqro XİN başçılarının mətbuata birgə bəyanatı - BAKU TV CANLI

Azərbaycan və Monteneqro XİN başçılarının mətbuata birgə bəyanatı - BAKU TV CANLI

Siyasət
20 dekabr 2025 88 baxış
Milli Məclisin komitə sədrindən sərt açıqlama

Milli Məclisin komitə sədrindən sərt açıqlama

Siyasət
20 dekabr 2025 88 baxış
Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə hücum - Baku TV CANLI

Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə hücum - Baku TV CANLI

Siyasət
20 dekabr 2025 88 baxış
Avropa İttifaqının ikili standart sindromu - Baku TV

Avropa İttifaqının ikili standart sindromu - Baku TV

Siyasət
20 dekabr 2025 88 baxış
Seçilmişlər
icon