Siyasət
Pleyeri seçin:

Belarus Prezidenti Ermənistan hakimiyyətini günahlandırdı

13 sentyabr 2024

“Son illər Qarabağ ətrafında baş verən hadisələrə görə günahkar Ermənistan rəhbərliyidir”.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə yaşayan müxtəlif millətlərin nümayəndələri ilə görüşdə deyib.

“Qarabağda baş verənlər yalnız Ermənistan rəhbərliyinin günahıdır. Mən onları xəbərdar edirdim ki, torpaqları Azərbaycana qaytarın. Onlar özləri də etiraf edirdilər ki, bu torpaqlar bizim ərazilərimiz deyil, bura Azərbaycan torpaqlarıdır, lakin biz təslim olmayacağıq, mübarizə aparacağıq”, – deyə Lukaşenko bildirib.

Belarus Prezidenti qeyd edib ki, o, İrəvanla Bakı arasında problemin sülh yolu ilə həllinə çağırıb:

“Sonra mən Putindən xahiş etdim və biz birlikdə Paşinyana dedik ki, məsələni həll etsin. O isə dedi ki, “yox, biz döyüşəcəyik”.

Lukaşenko Paşinyana müraciət edərək deyib ki, “niyə indi Rusiyadan, hətta bizdən inciyirsən? Sən özün etiraf etdin ki, Qarabağ Azərbaycan ərazisidir. Kim sənin dilindən dartıb çəkirdi ki? Özünə sahib ol. Amma indi könlünə Qərbə, Avropa İttifaqına getmək düşüb”, – deyə Lukaşenko bildirib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin ilk hücumları Belarusa olub.

“Aydındır ki, o, bizə hücum etsə də, Putini hədəfə alıb. Biz bunu yaxşı görürdük. Mən Putinə dedim ki, münasibətləri gərginləşdirməyə ehtiyac yoxdur. Erməni xalqı düşünməsin ki, biz ermənilərə qarşıyıq və gördüyünüz kimi, heç bir reaksiya vermədik”, – deyə Belarus Prezidenti bildirib.

Lukaşenko vurğulayıb ki, Ukrayna və Ermənistanı Qərbdə heç kim gözləmir.

Xəşilin üzərinə bəkməzdən günəş şəkli buna görə çəkilirdi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Xəşilin üzərinə bəkməzdən günəş şəkli buna görə çəkilirdi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
21 dekabr 2024
Məzahir Pənahovdan seçkilərlə bağlı açıqlama | İddiaçılardan biri vəfat etdi

Məzahir Pənahovdan seçkilərlə bağlı açıqlama | İddiaçılardan biri vəfat etdi

Siyasət
21 dekabr 2024
Azərbaycan Rusiya ilə "Şimal-Cənub"la tranzit yükdaşımalarına dair saziş imzaladı

Azərbaycan Rusiya ilə "Şimal-Cənub"la tranzit yükdaşımalarına dair saziş imzaladı

Siyasət
21 dekabr 2024
İlham Əliyev baş verən faciəyə görə Almaniya Prezidentinə başsağlığı məktubu ünvanladı

İlham Əliyev baş verən faciəyə görə Almaniya Prezidentinə başsağlığı məktubu ünvanladı

Siyasət
21 dekabr 2024
Sülhün şərtləri necə qoyulacaq? | Markedonov İlham Əliyevin müsahibəsini şərh etdi

Sülhün şərtləri necə qoyulacaq? | Markedonov İlham Əliyevin müsahibəsini şərh etdi

Siyasət
21 dekabr 2024
Hakan Fidan Annalena Berbokla nələri müzakirə etdi?

Hakan Fidan Annalena Berbokla nələri müzakirə etdi?

Siyasət
21 dekabr 2024
İlham Əliyev Əbdülfəttah əs-Sisini təbrik etdi

İlham Əliyev Əbdülfəttah əs-Sisini təbrik etdi

Siyasət
21 dekabr 2024
Azərbaycan İslam dünyasının nəhəngləri arasında | Mühüm tarixi qərar

Azərbaycan İslam dünyasının nəhəngləri arasında | Mühüm tarixi qərar

Siyasət
21 dekabr 2024
İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür məktubu göndərib

İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür məktubu göndərib

Siyasət
21 dekabr 2024
İlham Əliyev Azərbaycanın D-8 təşkilatının üzvü seçilməsinə görə Pezeşkiana təşəkkür edib

İlham Əliyev Azərbaycanın D-8 təşkilatının üzvü seçilməsinə görə Pezeşkiana təşəkkür edib

Siyasət
21 dekabr 2024
Seçilmişlər
icon