Pleyeri seçin:

Bu saziş Rusiyanın regiondakı maraqlarına və təsirinə zərbədir | Konstantin Zatulin

11 fevral 2026 951 baxış

“Ermənistanla ABŞ arasında mülki nüvə energetikası sahəsində imzalanan və 9 milyard dollarlıq Amerika investisiyasını nəzərdə tutan saziş Rusiyanın regiondakı maraqlarına və təsirinə zərbədir”.

Bu fikri RTVI-yə açıqlamasında Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin birinci sədr müavini Konstantin Zatulin səsləndirib.

Onun sözlərinə görə, ABŞ-nin regionda mövqelərini gücləndirməsi Rusiyanın maraqları hesabına baş verir.

“Peşə etibarilə tarixçiyəm, amma çox yaxşı bilirəm ki, enerjinin qorunması qanunu var. ABŞ haradasa qazanc əldə edirsə, mütləq kimdənsə alır. Konkret halda Ermənistanda və Qafqazda bu, Rusiyanın maraqları və təsiri hesabına baş verir”, – deyə Zatulin bildirib.

Deputat xatırladıb ki, hazırda Ermənistanı elektrik enerjisi ilə təmin edən “Metsamor” AES uzun illər fasilədən sonra məhz Rusiyanın dəstəyi ilə təmir olunaraq yenidən istismara verilib.

O qeyd edib ki, stansiya 1980-ci illərin sonunda təhlükəsizlik risklərinə görə fəaliyyətini dayandırmışdı, çünki seysmik zonada yerləşir. Zatulin 1990-cı illərin əvvəllərində Ermənistandakı vəziyyəti də yada salıb:

“1994-cü ildə İrəvana gedəndə gördüm ki, şəhərin ətrafındakı təpələrdəki bütün ağaclar qırılıb. Hər balkonda soba var idi, insanlar odunla isinirdi, çünki işıq yox idi. Gecələr şəhər zülmətə qərq olurdu”.

Onun sözlərinə görə, SSRİ dağıldıqdan sonra Ermənistan Rusiyadan kredit alaraq AES-in bərpasına nail olub və bu, ölkəni enerji böhranından çıxarıb.

“İndi isə Nikol Paşinyan üçün bunların heç bir əhəmiyyəti yoxdur. O, amerikalılarla razılaşır, indiyə qədər Ermənistanda çalışan “Rosatom”la əməkdaşlıqdan imtina edir və ABŞ ilə tərəfdaşlığa üstünlük verir. Bu, Rusiyanın maraqlarına hücum deyilmi?! Əlbəttə ki, hücumdur”, – deyə Zatulin vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin Ermənistandan sonra Azərbaycana səfəri də bu strategiyanın tərkib hissəsidir.

Deputat əlavə edib ki, baş verənlər onu təəccübləndirmir və ABŞ-nin regionda təsir dairəsini genişləndirməyə çalışmasının davamlı xarakter daşıdığını göstərir.

Dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər - Baku TV

Dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər - Baku TV

Siyasət
17 sentyabr 2026 951 baxış
Sensasiya | ABŞ Rusiyaya qarşı “cəhənnəm sanksiyaları”nı işə salır - Baku TV

Sensasiya | ABŞ Rusiyaya qarşı “cəhənnəm sanksiyaları”nı işə salır - Baku TV

Siyasət
17 sentyabr 2026 951 baxış
“Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans

“Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans

Siyasət
17 sentyabr 2026 951 baxış
Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans - Baku TV

Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans - Baku TV

Siyasət
17 sentyabr 2026 951 baxış
Bakıda beynəlxalq konfrans | Əsas müzakirə mövzusu nə oldu? - Baku TV

Bakıda beynəlxalq konfrans | Əsas müzakirə mövzusu nə oldu? - Baku TV

Siyasət
16 sentyabr 2026 951 baxış
Layihənin reallaşması TDT daxilində inteqrasiyaya nə kimi töhfə verəcək?

Layihənin reallaşması TDT daxilində inteqrasiyaya nə kimi töhfə verəcək?

Siyasət
16 sentyabr 2026 951 baxış
Türk dünyasında sərbəst hərəkət dövrü başlayır? - Baku TV

Türk dünyasında sərbəst hərəkət dövrü başlayır? - Baku TV

Siyasət
16 sentyabr 2026 951 baxış
Onlara "ev-iş-ev" formatında yaşamaq təklif olunacaq

Onlara "ev-iş-ev" formatında yaşamaq təklif olunacaq

Siyasət
16 sentyabr 2026 951 baxış
İran Azərbaycan marşrutuna yönəlir: regionda nə dəyişir? - AKTUAL GÜNDƏM

İran Azərbaycan marşrutuna yönəlir: regionda nə dəyişir? - AKTUAL GÜNDƏM

Siyasət
16 sentyabr 2026 951 baxış
Ramiz Mehdiyev bu tarixdə hakim qarşısına çıxacaq | Məhkəmə ilə bağlı detallar - Baku TV

Ramiz Mehdiyev bu tarixdə hakim qarşısına çıxacaq | Məhkəmə ilə bağlı detallar - Baku TV

Siyasət
16 sentyabr 2026 951 baxış
Seçilmişlər
icon