Pleyeri seçin:

Budapeştdə iki ölkə arasında mühüm sənədlər imzalandı

06 sentyabr 2025 303 baxış

Sentyabrın 5-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 11-ci iclası keçirilib.

İclasda çıxış edən Komissiyanın həmsədri, Azərbaycanın maliyyə naziri Sahil Babayev iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hörmət prinsipləri əsasında müxtəlif sahələrdə ardıcıl şəkildə genişləndiyini bildirib.

Azərbaycan və Macarıstan arasında 61 sənədin imzalanması, geniş hüquqi bazanın formalaşdırılması, ticarət dövriyyəsinin 2024-cü ildə 29 faiz artaraq 62 milyon ABŞ dollarını ötməsi, enerji sahəsində layihələrin həyata keçirilməsi mühüm nailiyyətlər kimi qiymətləndirilib.

Həmçinin Komissiyanın digər həmsədri Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto çıxışında ölkələr arasında əməkdaşlığın qarşılıqlı hörmət və fayda üzərində qurulduğunu və bunun strateji sahələri əhatə etdiyini vurğulayıb.

İclasdan sonra iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 11-ci iclasının nəticələrinə dair protokol, həmçinin “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün Fəaliyyət Planı”, Azərbaycan Tibb Universiteti, Macarıstanın PECS Universiteti və bir neçə müəssisəsi arasında Anlaşma Memorandumu hər iki tərəfin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri tərəfindən imzalanıb.

Ermənistandan Rusiyanın TRIPP-ə qoşulmasına sərt reaksiya

Ermənistandan Rusiyanın TRIPP-ə qoşulmasına sərt reaksiya

Siyasət
03 fevral 2026 303 baxış
Beşbarmaq, Bəbirli, Bəbirli yeri, Bəzirxana, Bəybalı, Bəybuğan - türk tarixinin izi

Beşbarmaq, Bəbirli, Bəbirli yeri, Bəzirxana, Bəybalı, Bəybuğan - türk tarixinin izi

Siyasət
03 fevral 2026 303 baxış
Gənclər yenidən qurulan şəhərlərimizlə bağlı müzakirələr apardılar - Baku TV

Gənclər yenidən qurulan şəhərlərimizlə bağlı müzakirələr apardılar - Baku TV

Siyasət
03 fevral 2026 303 baxış
Prezidentlər Əbu-Dabidə "Sülh Qalxanı-2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər - Baku TV

Prezidentlər Əbu-Dabidə "Sülh Qalxanı-2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər - Baku TV

Siyasət
03 fevral 2026 303 baxış
Azərbaycan Gənclərinin XI Forumunda 400-ə yaxın gənc iştirak edir

Azərbaycan Gənclərinin XI Forumunda 400-ə yaxın gənc iştirak edir

Siyasət
03 fevral 2026 303 baxış
İran ABŞ ilə razılaşmaq və regionda gərginliyi azaltmaq üçün nəyə hazırlaşır?

İran ABŞ ilə razılaşmaq və regionda gərginliyi azaltmaq üçün nəyə hazırlaşır?

Siyasət
03 fevral 2026 303 baxış
Komitə sədrinin müavinindən şəhərsalma forumu barədə önəmli açıqlama

Komitə sədrinin müavinindən şəhərsalma forumu barədə önəmli açıqlama

Siyasət
03 fevral 2026 303 baxış
İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü oldu - Baku TV

İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü oldu - Baku TV

Siyasət
03 fevral 2026 303 baxış
Azərbaycan və Özbəkistan əməkdaşlığı | Rusiya Zəngəzur dəhlizinə qoşulacaq? - YENİ BİR SƏHƏR

Azərbaycan və Özbəkistan əməkdaşlığı | Rusiya Zəngəzur dəhlizinə qoşulacaq? - YENİ BİR SƏHƏR

Siyasət
03 fevral 2026 303 baxış
Azərbaycanla BƏƏ arasında enerji və müdafiə sahələrində sənədlər imzalanıb - Baku TV

Azərbaycanla BƏƏ arasında enerji və müdafiə sahələrində sənədlər imzalanıb - Baku TV

Siyasət
02 fevral 2026 303 baxış
Seçilmişlər
icon