Deputatdan müxalifətə çağırış | Seçkilərdə iştirak edin
“1992-ci ildən bəri ilk dəfədir ki, Azərbaycanın bütün ərazilərində seçkilər keçiriləcək”.
Bunu Milli Məclisin dekabrın 19-da keçirilən iclasında milllət vəkili Hikmət Məmmədov deyib.
Onun sözlərinə görə, ən böyük demokratiya millətin hüquqlarının təmin edilməsidir.
"İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılacaq. Bu ərazilərin sakinləri də uzun illərdən sonra ilk dəfə səsvermə hüququndan istifadə edəcəklər. Azərbaycan xalqının bu hüquqlarını özünə qaytaran siyasi və hərbi ordu qarşısında hər kəs baş əyir. Hərbi, siyasi, diplomatik qələbəmiz İlham Əliyevlə bağlıdır", – deyə deputat bildirib.
Hikmət Məmmədov əlavə edib ki, müxalifət partiyalar da məsuliyyəti dərk edərək yeni keyfiyyət mərhələsinə qədəm qoymalıdır: "Seçkidə iştirak edib etməmək hər bir partiyanın öz hüququdur, ancaq yeni ənənələr yaratmaq üçün onların iştirakı da lazımdır".
#Milli Məclis teqi istifadə olunub
- Qalmaqallı məktub: Beynəlxalq müşahidəçiləri ermənilərin məhkəməsinə cəlb etmək istəyənlər - Baku TV
- Antimilli ünsürlərin rusiyapərəst mövqeyi
- “Dövlət qurumları özünü sığortalayıb” | Deputatdan qəzalı binalarla bağlı sərt irad
- “Həkim ehtiyatı axtarırıq, amma hazır resursdan istifadə edə bilmirik”
- Ehtiyatdan hərbi xidmətə çağırılan zabitlərin dinc dövrdə xidmət müddətində dəyişiklik
