Pleyeri seçin:

Erməni fəal sülh danışıqlarına olan maneələrin səbəbini açıqladı

02 iyun 2023 376 baxış

Azərbaycanla Ermənistan arasında sülhün tərəfdarı olan erməni fəal İşxan Verdyan Qarabağdakı separatçıları və rəsmi İrəvanı münasibətlərin normallaşması prosesini ləngitməkdə ittiham edib.

O, Baku TV-yə müsahibəsində sülh danışıqlarına əngəl yaradanların adlarını çəkib və Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası prosesində ortaya atılan maneələrin səbəbini açıqlayıb.

“Qarabağda onminlərlə erməniləri əsir saxlayan cinayətkar quldur dəstəsi dünyadan təcrid şəkildə yaşayır və onlar üçün heç bir qanun yoxdur. Onlar öz bildikləri siyasəti yürütməyə və sülh danışıqlarını pozmağa çalışırlar. Bu addımlar həm rəsmi, həm də sıravi azərbaycanlıların və ermənilərin bir-biri ilə ünsiyyət qurmasına qarşı yönəlib. Bilirik ki, internet vasitəsilə azərbaycanlılarla ünsiyyətə girən Qarabağın hər bir erməni sakini separatçılar tərəfindən cəzalandırılaraq həbs edilir ki, heç bir kontakt yaranmasın. Rəsmi İrəvan da Azərbaycanın sülh üzrə atdığı bütün addımları geri çevirir və separatçıların qanunsuz davranışlarını görməzlikdən gəlir. Azərbaycan bütün lazımi işləri görür, kommunikasiyaları açır, lakin Qarabağdakı quldurlar bunların hamısından imtina edirlər. Ermənistan hakimiyyəti isə buna göz yumur. Bu, haradasa milli ideologiyadan irəli gəlir və “özününkü günahkar olsa belə, onu ələ vermək olmaz” ideyasına əsaslanır. Sülh onsuz da olacaq, bu, qaçılmazdır. Buna mane olan təkcə separatçı rejimdir ki, onu ləğv etdikdə, erməni əhali ilə danışıqlar aparmaq mümkün olacaq. Hazırda Qarabağdakı dinc ermənilər tamamilə separatçıların tabeliyindədirlər”, – deyə İşxan Verdyan qeyd edib.

Erməni fəalın sözlərinə görə, separatçılar Qarabağda olduğu müddətdə oradakı erməni əhalinin fikirlərini və istəklərini öyrənmək mümkün olmayacaq.

Banner
Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Siyasət
07 noyabr 2026 376 baxış
Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 376 baxış
İrəvanın yeni təhlükəsizlik axtarışı

İrəvanın yeni təhlükəsizlik axtarışı

Siyasət
07 noyabr 2026 376 baxış
Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Siyasət
07 noyabr 2026 376 baxış
Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 376 baxış
Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Siyasət
07 noyabr 2026 376 baxış
Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Siyasət
07 noyabr 2026 376 baxış
İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

Siyasət
07 noyabr 2026 376 baxış
Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Siyasət
07 noyabr 2026 376 baxış
Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Siyasət
07 noyabr 2026 376 baxış
Seçilmişlər
icon