Ermənistan KTMT-dən çıxmaqla nələri itirəcək? | Kremlə qarşı yeni cəbhə açıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq sənədinin imzalanmasından sonra yaxın gələcəkdə regionda siyasi proseslərin necə cərəyan edəcəyi müzakirə mövzusuna çevrilib.
Hayların mövcud hakimiyyəti ABŞ, Fransa kimi Qərb dövlətləri ilə əlaqələri gücləndirməklə Rusiyadan uzaqlaşır. Nikol Paşinyan Avropa İttifaqına üzvlüklə bağlı müzakirələrin başlamasına dair sənədi də təsdiqləməklə Kremlə qarşı yeni cəbhə açmış olub. Avropa İttifaqına üzvlük üçün isə Ermənistan Rusiyanın orbitində olan bütün təşkilatlardan rəsmən çıxmalıdır.
Bu, Moskvanın regiondakı təsir imkanlarının azaldılmasına yönəlib. N.Paşinyan və hökumət rəsmiləri dəfələrlə şimal qonşumuzun aparıcı qüvvə olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının da artıq ölkələri üçün əhəmiyyət daşımadığını bəyan ediblər.
Son olaraq Ermənistanın müdafiə naziri Suren Papikyan ölkəsinin təşkilatdan çıxmasının tezliklə baş verə biləcəyini açıqlayıb. Bu tərkediş, əslində, təşkilat üçün o qədər də əhəmiyyətli deyil. Çünki faktiki olaraq Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ən zəif üzvüdür.
Bəs haylar indiyədək ən yaxın müttəfiqləri olan Rusiya və onun lokomotiv olduğu platformalardan uzaqlaşmaqla nələri itirəcəklər?
#Ermənistan teqi istifadə olunub
- Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV
- Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV
- Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Ermənistanın mina terroru Böyük Qayıdış prosesinə necə mane olur? - Baku TV
- Naxçıvana açılan yol və regional əlaqələri | İrəvan hansı addımı atdı? - Baku TV
