Ermənistan Qarabağ danışıqlarının sənədlərini ictimaiyyətə açıqladı - Baku TV
Ermənistan hökuməti "Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin Sənədləri"ni dərc edib.
Materiallar hökumətin rəsmi saytında yerləşdirilib.
Saytda ümumilikdə 13 fayl yerləşdirilib. Bunların arasında 2011-ci ildə Kazanda müzakirə olunan sənəd, 2019-cu ildə təqdim olunan vasitəçilərin təklifləri və üçüncü prezident Serj Sarkisyanın 2016-cı ilin avqustunda rusiyalı həmkarı Vladimir Putinə məktubu da var.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ nizamlanması ilə bağlı Azərbaycanla danışıqların tarixçəsi ilə əlaqədar bütün əsas sənədləri 2025-ci ilin sonunadək dərc etməyi vəd etmişdi.
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın açıqlamalarına münasibət bildirən Paşinyan danışıqlar tarixçəsinin 2019-cu ili də əhatə edən əsas materiallarını hazırladığını söyləyib:
“Hazırda onların hamısının surəti çıxarılır, ilin sonuna qədər aralarına bir neçə publik sənədi əlavə etməklə dərc edəcəyəm”.
#Ermənistan teqi istifadə olunub
- Kərki kəndinin qaytarılması Ermənistanda niyə təşviş yaradır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
- Rəsmi Moskva Sarkisyanın Putinə yazdığı məktubun dərc edilməsinə münasibət bildirdi - Baku TV CANLI
- Zaxarova od püskürdü | “Brüssel vampirləri” istəyirlər ki...”
- "Azərbaycan hərbi baxımdan həmişə Ermənistanı üstələyib" | Ruben Rubinyan - Baku TV
- Rusiya münaqişə zamanı hansı planı irəli sürmüşdü?
