Siyasət
Pleyeri seçin:

Ermənistanın pozduğu qərarla bağlı xəbərdarlıq: QAİ-dən mühüm bəyanat

29 noyabr 2023

“Ermənistanın Xarici İşlər Nazirliyi bir daha mədəni abidələrin qorunması məsələsi ilə spekulyasiya etməyə çalışıb. Ermənistan tərəfi Azərbaycan ərazilərinə UNESCO missiyasının göndərilməsindən danışmaqdansa, belə bir missiyanı öz ərazisində qəbul etməlidir”.

Bu tələb Qərbi Azərbaycan İcmasının bəyanatında yer alır.

Qərbi Azərbaycan İcması bildirib ki, Ermənistandakı Azərbaycan abidələrinin vəziyyətinin monitorinqi məqsədilə Ermənistana missiya göndərilməsi ilə bağlı UNESCO-ya dəfələrlə müraciət göndərib:

“Bizdə olan məlumata görə, UNESCO bizim müraciətimiz ilə bağlı Ermənistan hökumətinə müvafiq məlumat göndərib. Lakin Ermənistan razılıq vermədiyi üçün bu missiya hələ də baş tutmur.

Ermənistanın törətdiyi əməllər İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın, Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiyanın, Hərbi münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında Konvensiyanın, Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyanın və İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Konvensiyanın pozulmasıdır”.

Bəyanatda qeyd edilib ki, Ermənistanın UNESCO missiyasını qəbul etməməsi, mədəni irsin qorunması üzrə icma ilə dialoqdan imtina etməsi və İrəvan şəhərində Təpəbaşı məhəlləsi daxil olmaqla Azərbaycan mədəni irsini nümayişkaranə şəkildə dağıtmaqda davam etməsi həm də Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il 7 dekabr tarixli qərarının kobud şəkildə pozulmasıdır:

“Xatırladaq ki, Beynəlxalq Ədalət Məhkəməsi həmin qərarında Ermənistandan “Azərbaycan mədəni irs yerlərini və etnik və mədəni mülkiyyət nümunələrini dağıtmağına və Azərbaycan mədəni izlərinin silinməsi siyasətinə dərhal son qoymağı” tələb edir.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən Azərbaycan mədəni irsini, o cümlədən, İrəvan şəhərinin tarixi Təpəbaşı məhəlləsini dağıtmağı dərhal dayandırmağı və dağıtmış olduğu Azərbaycan mədəni abidələrini bərpa etməyi tələb edir. Bərpa zamanı abidələrin orijinallığının və autentikliyinin təmin edilməsi üçün Qərbi Azərbaycan İcmasının bu prosesdə yaxından iştirakı zəruridir.

Ermənistan hökuməti Qərbi Azərbaycan İcması ilə bu məsələyə dair dialoqa başlamalı və UNESCO-nun müvafiq missiyasını qəbul etməlidir”.

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

Siyasət
22 noyabr 2024
Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Siyasət
22 noyabr 2024
Aİ “müşahidəçi”lərinin sərhəddəki fəaliyyəti ifşa edildi | Anbaan görüntülər yayıldı

Aİ “müşahidəçi”lərinin sərhəddəki fəaliyyəti ifşa edildi | Anbaan görüntülər yayıldı

Siyasət
22 noyabr 2024
Almaniya XİN başçısı COP29-da emissiyaların azaldılmasının önəmini vurğuladı

Almaniya XİN başçısı COP29-da emissiyaların azaldılmasının önəmini vurğuladı

Siyasət
22 noyabr 2024
İlham Əliyev ədliyyə naziri Fərid Əhmədovla bağlı sərəncam imzaladı

İlham Əliyev ədliyyə naziri Fərid Əhmədovla bağlı sərəncam imzaladı

Siyasət
22 noyabr 2024
COP29 sədrliyindən vacib bəyanat | Əsas hədəflə bağlı hansı irəliləyişlər var?

COP29 sədrliyindən vacib bəyanat | Əsas hədəflə bağlı hansı irəliləyişlər var?

Siyasət
22 noyabr 2024
Bakıdakı COP-un əsas fərqi | Qlobal hədəfə nail olunacaq?

Bakıdakı COP-un əsas fərqi | Qlobal hədəfə nail olunacaq?

Siyasət
22 noyabr 2024
Putinin köməkçisindən diqqətçəkən açıqlama | COP29 necə nəticələnəcək?

Putinin köməkçisindən diqqətçəkən açıqlama | COP29 necə nəticələnəcək?

Siyasət
22 noyabr 2024
COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon