Hikmət Hacıyev "TASS"a müsahibə verib
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ Azərbaycanın daxili məsələsidir”.
Bunu “TASS”a müsahibəsində Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
“Azərbaycan beynəlxalq birliyin məsuliyyətli üzvüdür, həmişə öz Konstitusiyasının və beynəlxalq hüququn müddəalarına uyğun fəaliyyət göstərir. Biz bütün mövcud problemlərin sülh yolu ilə həllinə yönəlmişik”, – deyə diplomat vurğulayıb.
H.Hacıyev qeyd edib ki, Azərbaycan nə Ermənistanla, nə də heç bir üçüncü ölkə ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan məsələləri müzakirə edəcək.
“Dövlətimizin daxili işlərinə qarışmaq cəhdləri, o cümlədən Azərbaycanın mərkəzi hökuməti ilə Qarabağdakı etnik erməni azlığı arasında dialoq üçün hansısa beynəlxalq mexanizmlərin yaradılması mövzusunu gündəmə gətirmək cəhdləri iflasa məhkumdur”, – deyə Prezidentin köməkçisi əlavə edib.
#Hikmət Hacıyev teqi istifadə olunub
- Enerji və Orta Dəhliz tərəfdaşlığın əsas istiqamətlərinə çevrilir - Baku TV
- Bakıda AQEM-in ilk Media Forumu | Regionda etimadın gücləndirilməsi diqqət mərkəzində - Baku TV
- Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV
- Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciət etdi - Baku TV
- Hikmət Hacıyev Prezidentin konfrans iştirakçılarına müraciətini səsləndirdi - Baku TV
