Pleyeri seçin:

İlham Əliyev BMT Baş katibinin müavini ilə görüşdü

14 mart 2024 80 baxış

Prezident İlham Əliyev martın 14-də BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayderi qəbul edib.

Qay Rayder BMT-nin Baş katibi Antonio Quterreşin salamlarını dövlət başçısına çatdırıb. İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını BMT Baş katibinə çatdırmağı xahiş edib.

COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdıran qonaq BMT-nin də bu prosesdə Azərbaycana tam dəstək verməyə və ölkəmizlə işləməyə hazır olduğunu deyib.

Dövlət başçısı buna görə öz təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycanla BMT-nin müvafiq strukturları arasında COP29-un uğurla təşkil olunması istiqamətində artıq səmərəli əməkdaşlıq qurulub və nümayəndə heyətləri yaxından işləyir.

Azərbaycanın sədrlik etdiyi COP29-un builki gündəliyinin iqlim maliyyələşməsi mövzusuna həsr olunduğunu deyən İlham Əliyev vurğulayıb ki, Azərbaycan bu və digər mövzularda COP-un gündəliyinin irəli aparılması üçün səylərini əsirgəməyəcək. Belə ki, ölkəmizin müxtəlif beynəlxalq təsisatlarda fəal üzvlüyü, Qoşulmama Hərəkatında uğurlu sədrliyi bunun üçün yaxşı imkan və fürsət yaradır.

Qay Rayder BMT Baş katibi adından bu ilin sentyabr ayında Nyu-Yorkda “Gələcəyin Sammiti” devizi ilə keçiriləcək tədbirlə bağlı məlumat verib.

Söhbət zamanı BMT Baş Assambleyasının qarşıdan gələn gündəliyi ilə bağlı müzakirələr aparılıb. Dövlət başçısı bildirib ki, Azərbaycan BMT-nin davamlı inkişafa aid gündəliyinin irəli aparılmasında fəal üzvlərdən biri kimi bundan sonra da öz dəstəyini və töhfələrini verəcək.

Görüşdə Azərbaycanın 2026-cı ildə BMT sistemində ən vacib tədbirlərdən biri olan Ümumdünya Şəhərsalma Forumuna da ev sahibliyi edəcəyi xüsusi vurğulanıb.

Söhbət zamanı XI Qlobal Bakı Forumunun dünya gündəliyində duran məsələlərinin müzakirəsi baxımından rolu qeyd edilib.

BMT rəsmisi davamlı əməkdaşlığın əhəmiyyətindən danışdı - Baku TV

BMT rəsmisi davamlı əməkdaşlığın əhəmiyyətindən danışdı - Baku TV

Siyasət
17 may 2026 80 baxış
WUF13-ün əhəmiyyəti nədir? | Polşanın BMT-dəki daimi nümayəndəsi danışdı - Baku TV

WUF13-ün əhəmiyyəti nədir? | Polşanın BMT-dəki daimi nümayəndəsi danışdı - Baku TV

Siyasət
17 may 2026 80 baxış
Polşa səfiri WUF13-ün təşkilinə və səmimi qarşılanmaya görə minnətdarlığını bildirdi - Baku TV CANLI

Polşa səfiri WUF13-ün təşkilinə və səmimi qarşılanmaya görə minnətdarlığını bildirdi - Baku TV CANLI

Siyasət
17 may 2026 80 baxış
Ölkələrin qarşısındakı hədəflər | WUF13-ün ilk günü necə davam edir? - Baku TV

Ölkələrin qarşısındakı hədəflər | WUF13-ün ilk günü necə davam edir? - Baku TV

Siyasət
17 may 2026 80 baxış
WUF13-ün başlanması ilə bağlı BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi - Baku TV

WUF13-ün başlanması ilə bağlı BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi - Baku TV

Siyasət
17 may 2026 80 baxış
WUF13-ün başlanması ilə bağlı BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi - Baku TV CANLI

WUF13-ün başlanması ilə bağlı BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi - Baku TV CANLI

Siyasət
17 may 2026 80 baxış
Prezident Türkmənistanın Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədrini qəbul etdi

Prezident Türkmənistanın Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədrini qəbul etdi

Siyasət
17 may 2026 80 baxış
"Bu çağırışlar bəyanat səviyyəsində qalmamalıdır" | Nga Kor Minqdən ölkələrə mesaj - Baku TV

"Bu çağırışlar bəyanat səviyyəsində qalmamalıdır" | Nga Kor Minqdən ölkələrə mesaj - Baku TV

Siyasət
17 may 2026 80 baxış
"İnkişafın gələcək istiqamətləri üçün..." | Anaklaudia Rossbaxdan açıqlama - Baku TV

"İnkişafın gələcək istiqamətləri üçün..." | Anaklaudia Rossbaxdan açıqlama - Baku TV

Siyasət
17 may 2026 80 baxış
Serbiya Prezidenti Bakıda WUF13-də iştirak edəcək - Baku TV CANLI

Serbiya Prezidenti Bakıda WUF13-də iştirak edəcək - Baku TV CANLI

Siyasət
17 may 2026 80 baxış
Seçilmişlər
icon